Türkiyədə inflyasiyanın daha da artdığı açıqlandı - LİRƏ UCUZLAŞDI
Türkiyə Statistika Komitəsi iyun ayı inflyasiya rəqəmlərini açıqlayıb.
"Marja" xəbər verir ki, inflyasiya aylıq 2.61%, illik 15.39% artıb. İllik inflyasiya 2003-cü ildən bəri ən yüksək səviyyə kimi qeydə alınıb.
İSTƏNİLƏN MƏQSƏD ÜÇÜN KREDİTƏ MÜRACİƏT EDİN
Aylıq artım da 2011-ci ilin Oktyabr ayından bəri ən yüksək səviyyə olub. İnflyasiya son olaraq 2017-nin Noyabr ayında illik 12.98% ilə 14 ilin rekordunu qırmışdı.
Aylıq inflyasiyanın 1,3%, illik inflyasiyanın isə 13,9% artması gözlənilirdi. İnflyasiya İyunda proqnozun çox üzərindədir.
Məlumatın açıqlanmasından sonra Türk Lirəsi Dollar qarşısında dəyərdən düşüb. Dollar/TL məzənnəsi 1,4% artımla 4.68 səviyyəsini keçib (Saat 11:30-a olan məlumat).
İstehsalçı qiymətləri indeksi aylıq 3.03% artıb, illik 23.71% artıb.Bu 2003-cü ilin İyul ayından bəri ən yüksək səviyyədir..
ƏRZAQ İNFLYASİYASI İLLİK 18.89%-Ə YÜKSƏLİB
Aylıq ən yüksək artım 5.98% ilə yeyinti və alkoqolsuz içkilər qrupunda olub, aylıq azalma göstərən yeganə qrup 1.15% ilə geyim və ayaqqabı olub. İllik ən çox artım 24.26% ilə nəqliyyat qrupunda baş tutub.
İnflyasiyada, əvvəlki ilin eyni ayı ilə müqayisədə ev əşyaları 18.91%, yeyinti və alkoqolsuz içkilər 18.89%, müxtəlif mal və xidmətlər 16.79% və restoran və otellər 13.30% ilə artımın yüksək olduğu digər əsas qruplardır.
İstehlakçı qiymətləri əsasında iyunda ən yüksək qiymət artımı 82.53 faiz ilə quru soğanda görülüb.
Baza inflyasiya da 12.6%-dən 14.6%-ə yüksəlib və tarixin ən yüksək səviyyəsinə çıxıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
-
5 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























