İran Hörmüz boğazından neft tankerlərinin keçməsinə icazə verməyə bilər
İran neftinin satışına maneələr olacağı təqdirdə Hörmüz boğazından neft tankerlərinin keçməsinə icazə verilməyəcək.
Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəis müavini İsmayıl Kövsəri deyib.
O bildirib ki, İran neftinin satışına maneələr yaradılacağı təqdirdə onlar Hörmüz boğazından digər ölkələrin neft tankerlərinin keçməsinə icazə verməyəcək.
Xatırladaq ki, ABŞ Xarici İşlər Nazirliyinin Siyasi Planlaşdırma direktoru Brian Hook ötən günlərdə keçirdiyi mətbuat konfransında İrana qarşı təzyiqlərin məqsədinin bu ölkənin neft gəlirlərini sıfıra endirərək Tehran rəhbərliyinin bölgədəki siyasətini dəyişdirməsini təmin etmək olduğunu bildirib: “Hədəfimiz İran rejiminə qarşı təzyiqi artıraraq neft satışlarını sıfıra endirmək. Bunun qlobal bazara təsirini ən aşağı səviyyəyə endirmək üçün çalışırıq. Lakin qlobal səviyyədə kifayət qədər neft ehtiyatının olduğuna şübhəmiz yoxdur”.
“İran strategiyamız rejim dəyişikliyinə deyil, iranlı liderlərin bölgədəki strategiyasını dəyişdirməyə istiqamətlənib. İranın neft gəlirlərini sıfıra endirmək istəyirik”, - deyə o əlavə edib.
İran Prezidenti Həsən Ruhani isə ABŞ rəsmisinin bu sözlərinə münasibət bildirərək deyib: “Bu əsla real olmayacaq boş sözlərdir. ABŞ səlahiyyətlilərinin bu açıqlamaları enerji və ticarət üzrə bütün beynəlxalq qaydalara ziddir”.
Qeyd edək ki, ABŞ müttəfiq ölkələr və şirkətlərdən İrandan neft idxalını noyabrın 4-dək dayandırmağı istəyib. ABŞ-dan bir heyətin bu həftə Orta Şərqdə fərqli ölkələrə səfər edərək İran neftinə yönələn sanksiya qərarına dair danışıqlar aparması gözlənilir.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
© Azərtac
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
-
8 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























