"Səudiyyə neft qiymətlərini endirmək üçün bir razılşamanı "qətiyyən" qəbul etməyəcək"
"Peterson" Beynəlxalq İqtisadiyyat İnstitutunun mütəxəssisi Jacob Kirkegaard, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) neft hasilatını gündəlik 1 milyon barrel artırmaq qərarından dərhal sonra Trampın Səudiyyə Ərəbistanına gündəlik hasilatını 2 milyon barel artırması məsələsində təzyiq etməsini şərh edib.
Səudiyyə Ərəbistanın neft qiymətlərinin 65- 70 dollar səviyyəsində olmasından məmnun olduğunu bildirən Kirkegaard, "Bu qiymətlər həm bazara əlavə şist neftinin daxil olmasına mane olur, həm də elektrikli vasitələrin artması prosesini ləngidir. Nəticə olaraq, mövcud qiymətlər iqtisadiyyata mənfi təsir göstərmir"- ifadəsini istifadə edib.
Kirkagaard, Səudiyyə Ərəbistanının neft qiymətlərini indiki mövcud səviyyədən daha aşağıya endirmək üçün bir razılşamanı "qətiyyən" qəbul etməyəcəyini və istehsal gücünün hamısını istifadə etməyəcəyini qeyd edib. Bu həmlənin ancaq neftin barrel qiymətinin 100 dollara yaxınlaşması vəziyyətində mümkün olduğunu bildirib.
Səudiyyə Ərəbistanının gündəlik hasilatını 2 milyon barrel artırılması halında İran və Venesuelanın OPEC-dən çıxacağını və Rusiyanın da OPEC ilə əməkdaşlığı dayandıracağını dilə gətirən Kirkegaard, belə davam edib:
"Prezident Trampın Səudiyyə Ərəbistanının neft hasilatını artırmasına dair təklifinin həyata keçməsi çətindir. Tramp mövcud neft qiymətlərinin ABŞ-da benzin qiymətlərini yüksəltdiyini bildirir. Trampın iddiası yalan, sadə bir yalandır. Tramp, Səudiyyə şirin sözlərlə aldada biləcəyini və OPEC-i Səudiyyə vasitəsilə dağıdacağını düşünəcək qədər xəyalpərəstdir. Ər-Riyad, neft qiymətlərinin aşağı düşməsini istəməyəcək".
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 7 saat əvvəl
-
- 8 saat əvvəl
-
9 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























