"Neft 100 dollara qalxsa, günahkar Tramp olacaq"
İranın OPEC nümayəndəsi, ABŞ Prezidenti Donald Trampın yaradacağı problemlərə görə neftin barrel qiymətinin tezliklə 100 dolları aşacağını deyib.
Tramp, Neft İxrac Edən Ölkələr Təşkilatını (OPEC) qiymətləri yüksəltməkdə günahlandırır. ABŞ Prezidenti Səudiyyə Ərəbistanına daha çox neft istehsal etməsi üçün də təzyiq göstərir.
İranın OPEC rəsmisi Hossein Kazempur Ardebili dünən verdiyi açıqlamada, "Tramp İranın qlobal bazarlara daxil olmasının qarşısını alarkən Səudiyyə Ərəbistanı və Rusiyanın əlinə əsir düşəcəyini hesablamış olmalı idi" deyib. Həmçinin Kazempur, qiymətlərin aşağı olmasının bu iki ölkəyə sərf etməyəcəyini bildirib.
Kazempur, "Bütün dünyada, xüsusilə ABŞ-da istehlakçıların yanacaq doldurma məntəqələrində yüksək qiymətlər ödəməsinin məsuliyyəti təkcə Trampın çiyinlərində olacaq; Neftin barrelinin 100 dolların üstünə çıxacağı günlər də gələcək" deyib.
ABŞ-da benzin qiymətlərinin yüksəlməsi, Noyabrın ortasında keçiriləcək Konqres seçkiləri öncəsi Tramp üçün problem ola bilər.
Tramp şənbə günü "Twitter"dən verdiyi açıqlamasında Səudiyyə Ərəbistanının neft hasilatını 2 milyon barrel artırmağı qəbul etdiyini bildirib, ancaq daha sonra Ağ Ev bunu təsdiqləməyən bir bəyanat verib.
Tramp OPEC-dən şikayətini davam etdirərkən, ABŞ bir tərəfdən də Avropalı müttəfiqlərinə İran nefti almamaları üçün təzyiq göstırir. İran isə, ABŞ-ın düşməncəsinə bir addımına qarşı, Körfəzdən neft ixracının yolunu bağlayacağını deyib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
-
9 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























