“Mən PAŞA Bankın təqaüdçüsüyəm” layihəsinin təqdimetmə mərasimi keçirilib
Azərbaycanın ən iri banklarından biri olan PAŞA Bank və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşkilatçılığı ilə “Mən PAŞA Bankın təqaüdçüsüyəm” adlı layihəsinin təqdimetmə mərasimi keçirilib.
Bundan öncə 2012, 2013 və 2014-cü illərdə keçirilən layihə bu il artıq 4-cü dəfədir ki, keçirilir. Öncəki layihələrdə seçilən 13 tələbə 1 il müddətində ayda 100 manat təqaüdə layiq görülürdü. Bu dəfə isə bu say artırılıb 20 nəfər olub.
Layihə çərçivəsində keçirilən müsabiqənin qalibi olan 20 tələbəyə 1 il müddətinə hər ay 100 AZN məbləğində təqaüd verilir. Layihədə yalnız ali təhsil müəssisələrinin əyani şöbələrində, iqtisadiyyat və maliyyə ixtisasları üzrə təhsil alan III və IV kurs bakalavr və I kurs magistr tələbələri iştirak etmə şansı əldə ediblər.
Layihədə iştirak üçün tələbələr birinci mərhələdə əvvəlcədən verilmiş mövzulara uyğun ingilis dilində öz araşdırmalarını təqdim edir, araşdırmaları fərqlənmiş tələbələr ikinci seçim mərhələsində - müsahibə mərhələsində iştirak şansı qazandılar.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı, ATGTİ-nin sədri Şahin İsmayılov və PAŞA Bankın Korporativ Kommunikasiyalar departamentinin direktoru Sona Abbasova təqaüd proqramının əhəmiyyətindən danışıb və tələbələrin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə reallaşdırılan layihə olduğunu vurğulayıblar.
Təqaüd proqramının həyata keçirilməsində əsas məqsəd yerli ali təhsil müəssisələrində təhsil alan istedadlı və ictimai fəal tələbələri həvəsləndirmək, eləcə də, dövlət və qeyri-dövlət sektorları üçün güclü insan resurslarını təmin etmək və gələcək lider rəhbərlərin inkişafını möhkəmləndirməkdən ibarətdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
7 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur



















.jpg)


