Beynəlxalq Bankın “Kitabı dinlə” layihəsinin ilk kitabları səsləndirildi
Azərbaycan Beynəlxalq Bankının 21 Fevral – Beynəlxalq Ana Dili Günü ərəfəsində start verdiyi “Kitabı dinlə” sosial layihəsi çərçivəsində ilk kitabların səsləndirilməsi başa çatdırılıb.
Audio formatında hazırlanmış əsərlər məxsusi olaraq bu layihə üçün yaradılmış www.kitabidinle.az portalına yerləşdirilib. Bunlar Cəlil Məmmədquluzadənin “Hekayələr”i, Sədi Şirazinin “Gülüstan” əsəri, Andre Moruanın “Yad qadına məktublar” romanı və “Çərşənbə gününün bənövşələri” hekayəsidir. İndi hər bir internet istifadəçisi əsərləri bu portalda onlayn dinləyə, yaxud kitabın faylını yükləyə bilər.
Layihəyə xüsusi dəyər qatan əsas məqamlardan biri isə, təbii ki, kitabların fiziki məhdudiyyətli şəxslər tərəfindən səsləndirilməsidir. İlk mərhələdə kitabları üç iştirakçı - Sevda Səfərəliyeva, Orxan Adıgözəl və Murad Məmmədov səsləndirib. Bank bu ideyanın reallaşmasına verdikləri dəstəyə görə “Kitabı dinlə” layihəsinin səslərini mükafatlandırıb.
İştirakçılardan Sevda Səfərəliyeva fiziki məhdudiyyətli insanlarla bağlı indiyə qədər də müxtəlif sosial proqramlarda iştirakçı olduğunu, səsli kitablarla bağlı belə bir layihəyə isə ilk dəfədir ki, qatıldığını deyib: “Azərbaycan Beynəlxalq Bankının bununla bağlı elanını görəndə tərəddüdsüz müraciət etdim. Düşünəndə ki, oxuduğum hekayələri kimlərsə dinləyəcək, səsimlə oxunmuş hekayələr on illər qalacaq, bu, adamda xoş hisslər yaradır”.
Orxan Adıgözəl isə çoxdankı arzusunun reallaşmasına dəstək olduğuna görə Azərbaycan Beynəlxalq Bankına təşəkkürünü bildirib: “Andre Moruanın “Yad qadına məktublar” əsərini özüm bir müddət əvvəl oxumuşdum. Kitabı bitirdikdən sonra bu məktubları hər kəsin oxumasını arzulayırdım. “Kitabı dinlə” layihəsinə qatılarkən məhz “Yad qadına məktublar”ı oxumaq istəyimi bildirdim. Təşkilatçılara minnətdaram ki, arzumu nəzərə aldılar. Azərbaycan dinləyiciləri indi mənim səsimdə bu kitabla tanış ola biləcəklər. Mənim üçün bunun mənəvi dəyəri çox böyükdür”.
Murad Məmmədov da “Kitabı dinlə” layihəsinin onun üçün yeni bir təcrübə olduğunu deyib: “Gülüstan” əsərinin mətnində əsərin yazıldığı dövrə aid arxaik sözlər çoxdur. Bu da onun oxunmasını bir qədər çətinləşdirirdi. Amma bütün hallarda bacardım. Sevinirəm ki, belə faydalı layihənin bir parçası oldum”.
Azərbaycan Beynəlxalq Bankının Marketinq departamentinin direktoru Nigar Tahirova isə layihənin məqsədləri barədə danışıb: “Belə bir layihəni reallaşdırmaqda məqsədimiz qloballaşma şəraitində ana dilimizin inkişafına töhfə vermək, Azərbaycan dilində elektron resursların çoxalmasına kömək göstərmək, eyni zamanda fiziki məhdudiyyətli soydaşlarımızın cəmiyyətə aktiv inteqrasiyasına dəstək olmaqdır”. Onun sözlərinə görə “Kitabı dinlə” layihəsi yeni iştirakçılarla bundan sonra da davam etdiriləcək.
Müştərilərin xəbərləri
“Ramazan payı” ianə aksiyasına start verildi - Fond vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
- 5 d. əvvəl
-
10 d. əvvəl
Amerika bankı qızılın qiymətinin 6300 dollara çatacağını proqnozlaşdırır
- 35 d. əvvəl
-
41 d. əvvəl
Azərbaycanın böyük oyuncaq mağazaları şəbəkəsinin Sumqayıtda filialı açılır
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu gün Azərbaycandan Ermənistana 4500 ton dizel yanacağı göndəriləcək
-
1 saat əvvəl
AFB Bank-dan sərfəli kredit təklifi – 0% komissiya və 2% endirim!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycanda internetin sürətinə minimum hədd qoyula bilər
Azərbaycanın sığorta bazarı kiçilib
Xalq Bankdan sahibkarlar üçün girovsuz biznes krediti
Avropanın ən böyük bankının mənfəəti azalıb
Ən çox oxunanlar
AFB Bank-dan sərfəli kredit təklifi – 0% komissiya və 2% endirim!
Nəhəng bank misin tonunun 14 min dollara yüksələcəyini gözləyir.
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
Qızılın qiyməti yavaş artım göstərib
Rəsmi məzənnələr açıqlandı
Saloglu mebeldə bütün mebellər fabrik qiymətinə endirilib


















