“PAŞA Həyat” və “PAŞA Sığorta” istiqrazlar alıb
Azərbaycanda “PAŞA Yatırım Bankası”nın emissiya etdiyi 25 milyon dollarlıq istiqrazın 20 milyon dollarlıq hissəsini “PAŞA Holdinq” MMC-yə daxil olan “PAŞA Həyat Sığorta” ASC, 5 milyon dollarlıq hissəsini isə “PAŞA Sığorta” ASC əldə edib.
"Məlumata görə, şirkətlər bu istiqrazlara likvidlik verərək onları 4,35-4,5% gəlirliliklə satışa çıxaracaqlar.
Xəbər verdiymiz kimi, 13 avqust tarixində Bakı Fond Birjasında (BFB) “Paşa Yatırım Bankası”Anonim şirkətinin (Türkiyə) istiqrazları əsas bazar seqmentində listinqə daxil edilmiş və təkrar bazarda ticarəti təşkil olunmuşdur.
Qeyd edək ki, sözügedən istiqrazlar xarici emitent tərəfindən yerli bazarda buraxılmış və BFB-də listinqə alınmış ilk qiymətli kağızdır.
BFB-dən "Marja"ya daxiol olmuş məlumata görə, hər birinin nominal dəyəri 1000 ABŞ-dolları olan 25.000 ədəd faizli sənədsiz, təmin edilməmiş, adlı istiqrazlar təkrar bazarda ticarətə buraxılmışdır. İstiqrazlar üzrə kupon dərəcəsi 4.85 faiz təşkil edir və son ödəniş tarixi 22 dekabr 2022-ci tarixinə təsadüf edir.
Bu münasibətlə BFB-nin İdarə Heyəti sədri Vüqar Namazov ilə “Paşa Yatırım Bankası” Anonim şirkətinin İdarə Heyəti sədri Cəlal Qasımov iştirakı ilə “Açılış zəngi” mərasimi olmuşdur.
Bununla əlaqədar olaraq, BFB-nin İdarə Heyəti sədri Vüqar Namazov “Paşa Yatırım Bankası” Anonim şirkətinin xarici emitent olaraq, Azərbaycan kapital bazarlarında iştirakını müsbət dəyərləndirmiş və BFB-də korporativ istiqrazlar bazarının inkişafı üçün xüsusi əhəmiyyəti daşıdığını vurğulayıb.
Daha sonra “Paşa Yatırım Bankası” Anonim şirkətinin İdarə Heyətinin sədri Cəlal Qasımov yerli bazarda xarici emitent tərəfindən ilk dəfə BFB-də qiymətli kağızların ticarətə buraxılmasını müsbət hal kimi qiymətləndirdiyini bildirib. C.Qasımov şirkətin strategiyasına uyğun olaraq gələcəkdə də bu istiqamətdə fəaliyyətlərinin davam etdirilməsini hədəfləndiyini qeyd edib.
Tədbirin sonunda tərəflər arasında Listinq müqaviləsi imzalandı və bu münasibətlə ticarətin başlanmasını simvolizə edən “Açılış zəngi” mərasimi həyata keçirilmişdir.
ONLAYN MÜRACİƏTLƏ 1 İŞ GÜNÜNƏ MANAT KREDİTLƏRİ
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 10 d. əvvəl
-
-
13 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 16 d. əvvəl
- 29 d. əvvəl
- 32 d. əvvəl
- 39 d. əvvəl
- 41 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
Ən çox oxunanlar
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb






.jpg)
.jpg)












.jpg)






