Gömrüyün vəzifəli şəxsləri və iş adamları arasında “Sheraton”da görüş
“Sheraton Baku Airport” otelində Dövlət Gömrük Komitəsinin (DGK) rəhbər vəzifəli şəxsləri və xarici iqtisadi fəaliyyət iştirakçıları arasında görüş keçirilib.
DGK-dan verilən məlumata görə, komitənin sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev bildirib ki, görüşdə məqsəd gömrük işinin daha şəffaf və səmərəli şəkildə təşkili, malların və nəqliyyat vasitələrinin təyinat nöqtəsinə asan və sürətli şəkildə çatdırılması və gömrük rəsmiləşdirilməsi ilə bağlı gömrük sistemində həyata keçirilən islahatlar və yeniliklər barədə biznes subyektlərini məlumatlandırmaqdır.
DGK sədrinin müavini, eyni zamanda, gömrük orqanları tərəfindən son zamanlar idxal-ixrac əməliyyatlarının sürətli və maneəsiz şəkildə həyata keçirilməsi, şəffaflığın təmin olunması, daha əlverişli biznes mühitinin yaradılması üçün görülən işlər barədə danışıb.
İ.Babayev vurğulayıb ki, gömrük sistemində islahatlar bir neçə istiqamətdə aparılır; həm struktur, həm də biznes prosesində mühüm dəyişikliklər edilir. Beynəlxalq təcrübə nəzərə alınmaqla, ticarətin asanlaşdırılması və informasiya texnologiyalarının tətbiqi həyata keçirilir, sahibkarlar və gömrük əməkdaşları arasında münasibətlər təkmilləşdirilir.
Diqqətə çatdırılıb ki, yaxın zamanlarda gömrük sistemində aparılan islahatlar başa çatdırılacaq və bu barədə ictimaiyyətə məlumat veriləcək. Hazırda isə bu islahatlar ayrı-ayrı gömrük orqanları üzrə yekunlaşdırılır.
Komitə sədrinin müavini İ.Babayev qeyd edib ki, sahibkarlarla yanaşı, gömrük əməkdaşları da öz fəaliyyətlərini qlobal çağırışlara uyğunlaşdırırlar. Artıq gömrük sistemində nəzarət yox, xidmət mədəniyyəti formalaşdırılır və biznesin inkişafına bu yöndə dəstək verilir. Bununla belə, gömrük orqanlarının biznes subyektlərindən əsas gözləntisi dəqiqlik və etibarlılıqdır.
İ.Babayev “gömrük-dövlət”, “gömrük-gömrük” və “gömrük-biznes” əməkdaşlığı istiqamətində görülən tədbirlərin də məhz qarşılıqlı səmərəli fəaliyyətin təşkilinə xidmət etdiyini bildirib. Qeyd edilib ki, bu gün gömrük orqanlarının fəaliyyəti digər aidiyyəti dövlət strukturları ilə sinxronlaşdırılıb və bu da bütün gömrük hüqupozmalarının qarşısının operativ şəkildə alınmasını təmin edir. Azərbaycan Gömrük Xidməti digər ölkələrin gömrük orqanları ilə mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkilini həyata keçirir ki, bu da gömrük vergi və rüsumlarından yayınmalara yönələn bütün cəhdləri imkansız edir. İqbal Babayev onu da qeyd edib ki, ticarətin inkişafı, gömrük prosedurlarının asan və sürətli həyata keçirilməsi mallar və nəqliyyat vasitələrinin gömrük orqanlarına əvvəlcədən bəyan edilməsindən çox asılıdır.
DGK Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi Səməd Qaralov gömrük işinin təkmilləşdirilməsilə bağlı yeniliklər və güzəştlər barədə sahibkarları məlumatlandırıb və bildirib ki, başlıca məqsəd idxal-ixrac əməliyyatlarının asanlaşdırılması və sürətləndirilməsi, gömrük əməliyyatlarının şəffaf şəkildə həyata keçirilməsinin təmin olunması, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasıdır.
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Bəhruz Quliyev isə gömrük sistemində aparılan islahatların gömrük işinin səmərəli təşkili, beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsinə şərait yaratdığını diqqətə çatdırıb. Diskussiya şəraitində keçən görüşün sonunda sahibkarları maraqlandıran məsələlərə aydınlıq gətirilib, onların sualları cavablandırılıb.
Müştərilərin xəbərləri
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
ABB İnvest-dən USD ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları artıq ABB mobile tətbiqində
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 15 saat sonra
-
1 saat əvvəl
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
- 2 saat əvvəl
-
4 saat əvvəl
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
-
4 saat əvvəl
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
SOCAR Türkiyədə elektrik stansiyası satın alımasının səbəbini açıqlayıb
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Ağdamda “Hilton” hoteli istifadəyə verildi
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
Gümüş qiyməti ilk dəfə 70 dollar səviyyəsini keçdi
Ən çox oxunanlar
Misin qiyməti tarixdə ilk dəfə 12 min dolları keçdi
ABŞ-də iqtisadi artım gözləntiləri üstələdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Saloğlu Qarabağ” şirkətinin istehsal müəssisəsinin təməli qoyuldu




















