Dövlət borc almaqda özünə məhdudiyyət tətbiq edir
“Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”sında qeyd olunan layihələrdən başqa digər layihələrin maliyyələşdirilməsi üçün borc vəsaiti cəlb olunmayacaq və dövlət zəmanəti təmin edilməyəcək.
“Marja” xəbər verir ki, Strategiyada qeyd olunan layihələr üzrə 2025-ci ilədək 2 milyard 75 milyon dollar dövlət borcu alınması və 2 milyard 734,8 milyon dollar borca dövlət zəmanəti verilməsi nəzərdə tutulur:
“Son illərdə dünya bazarlarında neftin qiymətində yaranan qeyri-sabitlik və bu səbəbdən icmal büdcənin gəlirlərinin azalması xarici valyutada əlavə borc öhdəliklərinin yaradılmasına xüsusi diqqətlə yanaşmanı zəruri etdiyindən, 2018–2025-ci illər ərzində birbaşa və ya dövlət zəmanəti ilə cəlb ediləcək kreditlər hesabına maliyyələşdiriləcək prioritet layihələrin siyahısı müəyyən edilmişdir.Bu layihələrdən başqa birbaşa kreditlərin, habelə dövlət müəssisələrinə Strategiyada nəzərdə tutulan dövlət zəmanətli kreditlərdən əlavə dövlət zəmanəti ilə vəsait cəlb olunması dayandırılacaqdır”,- Strategiyada deyilir.
Birbaşa xarici dövlət borcu üzrə proqnozlaşdırılan yeni borcalmalar:
1.İslahat əsaslı kredit (PBL) - Asiya İnkişaf Bankı – 500 milyon ABŞ dolları
2. “Azərbaycan Dəmir Yolları” QSC-nin sağlamlaşdırılması və Bakı-Yalama dəmir yolu xəttinin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi–Asiya İnkişaf Bankı və Fransa İnkişaf Agentliyi 325 ABŞ dolları
3.Xarici valyuta nominallı dövlət qiymətli kağızlarının yenidən maliyyələşdirilməsi 1 milyard 250 milyon ABŞ dolları.
Dövlət zəmanətli kreditlər üzrə proqnozlaşdırılan yeni borcalmalar
1.“Cənub Qaz Dəhlizi” layihəsi (Cənub Qaz Dəhlizi” QSC) - 2 milyard 250 milyon ABŞ dolları.
2.“Stadler” şirkətindən 30 ədəd sərnişin vaqonunun alınması (“Azərbaycan Dəmir Yolları” QSC) - 134,8 milyon ABŞ dolları.
3.“Azərikimya” İB-də rekonstruksiya işlərinin aparılması (”Azərikimya” İB) – 350 milyon ABŞ dolları.
2018-ci il 1 yanvar tarixinə Azərbaycanın dövlət borcunun ümumi məbləği 17 milyard 7,4 milyon manat təşkil etmişdir. 2018-ci il 1 yanvar tarixinə dövlət təşkilatlarının dövlət zəmanəti ilə cəlb olunmuş borclarının ümumi məbləği isə 21 milyard 561,4 milyon manat təşkil etmişdir. Dövlət borcu və dövlət zəmanəti ilə alınmış cəmi borcun məbləği 38 milyard 568,8 milyon manatdır.
Ümumi dövlət borcunun ÜDM-ə nisbətinin 2019-cu ildə ən yuxarı həddə çataraq 24,7 faiz olacağı gözlənilir. Lakin növbəti illərdə dövlət borcu üzrə geri qaytarılan öhdəliklərin cəlb olunan yeni borclardan çox olması nəticəsində bu göstəricinin tədricən azalaraq 2021-ci ildə 21,7 faiz, 2025-ci ildə isə 15 faizdən aşağı olacağı proqnozlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
-
1 gün sonra
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
-
3 saat əvvəl
NATO: Türkiyəyə buraxılan İran raketi vurulub, üzvlərimizi müdafiə edəcəyik
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Almaniyada inflyasiya İrandakı müharibənin təsiri ilə 1,5 ilin ən yüksək səviyyəsindədir
-
5 saat əvvəl
İsrail Xəzər yaxınlığında İranın hava müdafiə sistemlərinə zərbə endirib
-
5 saat əvvəl
ABŞ-ın maliyyə naziri: "Hörmüzə nəzarəti yenidən ələ keçirəcəyik"
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
8 saat əvvəl
Rusiya və Serbiya arasında qaz müqaviləsinin müddəti 3 aylıq uzadılıb
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
Müharibə Avrozonada inflyasiya gözləntilərinə təsir edib
Azərbaycanın şirkətlər qrupunun Daşkənddə ofisi açıldı
"İranda yeni və daha qəbul edilə bilən bir rejimlə ciddi danışıqlar aparırıq, böyük irəliləyiş əldə olunub"
Ən çox oxunanlar
Yaponiyada Yenə müdaxilə və faizin artırılması ehtimalı güclənib
Sabah 20 dərəcə isti olacaq - PROQNOZ
Abşeron Ticarət Mərkəzi sahibkarlara dəstək göstərəcək
İran müharibəsi restoranlara da mənfi təsir göstərir
Kofeşop dolu görünür, amma qazanc yoxdur - EKSPERTDƏN AÇIQLAMA
Tramp: İranla danışıqlar “həddindən artıq yaxşı” gedir, atəşkəs tezliklə mümkün ola bilər























