Gəmiçiliyə işə qəbul adı ilə vətəndaşlar aldadılır - AÇIQLAMA
Bəzi tədris müəssisələri Gəmiçiliyə işə qəbul adı ilə vətəndaşları aldadırlar. Bunula bağlı “AXDG” QSC məlumat yayıb.
"Marja" xəbər verir ki, məlumatda deyilir:
Son zamanlar dənizçilik üzrə fəaliyyət göstərən müxtəlif tədris müəssisələrinin gələcəkdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətində işlə təminat vədləri verməklə bəzi şəxsləri təhsil almağa sövq etməsi ilə bağlı məlumatlar daxil olmaqdadır. Belə müəssisələr özlərinin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinə aid olduqlarını, müəssisəni bitirənlərin birbaşa olaraq “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətində işə qəbul ediləcəklərini bildirir və bu yolla dənizçi peşəsində işləmək arzusunda olan şəxsləri aldadırlar.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra - Gəmiçilik) qeyd edir ki, dənizçilərin (sıravi heyət) işə qəbulu, əsasən yaranmış tələbat daxilində Gəmiçiliyin tabeliyində olan Azərbaycan Dövlət Dəniz Akademiyası və onun nəzdində Azərbaycan Dənizçilik Kollecinin məzunları arasından Gəmiçiliyin “İnsan resurslarının idarəedilməsi Qaydaları”na uyğun olaraq müsabiqə yolu ilə aparılır. Əlavə tələbat və təcili zərurət yarandığı, o cümlədən Gəmiçiliyin tabeliyində olan təhsil müəssisələrini bitirmiş müvafiq kadr olmadığı halda, Gəmiçilik kənar tədris müəssisələrinin məzunlarının müsabiqə yolu ilə işə qəbulu məsələsinə baxır.
Yuxarıda göstərilənləri nəzərə alaraq, Azərbaycan Dövlət Dəniz Akademiyası və onun nəzdində Azərbaycan Dənizçilik Kollecindən başqa digər tədris müəssisələrinin Gəmiçiliyə aid olmadığını bütün maraqlı şəxslərin diqqətinə çatdırır və Gəmiçiliyin “İnsan resurslarının idarəedilməsi Qaydaları”ndan kənar işə qəbulla bağlı verilən vədlərə inanmamağa çağırırıq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
16 d. əvvəl
"VTB (Azərbaycan)" böyüyüb - kredit və depozit portfelləri artıb
-
-
37 d. əvvəl
Unibank 1-ci rübün maliyyə nəticələrini açıqladı - "Bu il bankımız üçün transformasiya ilidir"
-
1 saat əvvəl
"NEQSOL Holding"in şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
AccessBank-ın 2026-cı ilin 1-ci rübü üzrə maliyyə vəziyyəti açıqlandı
- 3 saat əvvəl
-
4 saat əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
"VTB (Azərbaycan)" böyüyüb - kredit və depozit portfelləri artıb
"AccessBank" 13 milyon manata yaxın xalis mənfəət açıqladı
Aprelin 15-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Bank omayan kredit təşkilatı mənfəətdən zərərə keçib
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
















.jpg)







