Palatanın 9 mütəxəssisi “Bank rezolyusiyası” təlimində iştirak ediblər
Maliyyə Bazarlarına Nəzarət Palatasının 9 nəfər mütəxəssisi ABŞ Xəzinədarlıq Departamenti tərəfindən Əfqanıstanın Maliyyə Nəzarət İdarəsi, Maliyyə Mübahisələri üzrə Həll Komissiyası və Əmanətlərin Sığortalanması Korporasiyasının nümayəndələri üçün “Bank rezolyusiyası” mövzusunda Bakıda təşkil edilmiş təlimdə iştirak ediblər.
Palatadan "Marja"ya daxil olmuş məlumata görə, “Hyatt Regency” otelində 4 gün davam edən təlim proqramında bank rezolyusiyası metodları, onların seçilməsi və tətbiqi məsələləri, o cümlədən problemli banklara nəzarət, aktiv və öhdəliklərin qiymətləndirilməsi, ABŞ-da bank rezolyusiyası təcrübəsi geniş müzakirə edilib.
ABŞ Xəzinədarlıq Departamentinin texniki dəstək ofisinin ekspertləri tərəfindən maliyyə sabitliyinin qorunması məqsədilə problemli bankların müəyyənləşdirilməsi, bank rezolyusiyası metodları və alətlərinin seçilərək tətbiqi ilə bağlı təqdimatlar nümayiş etdirilib.
Bununla yanaşı, təlim iştirakçılarına rezolyusiya alətlərinin tətbiqini əhatə edən praktiki məşğələlər keçirilib. Məşğələlər zamanı iştirakçılar bir neçə komandaya bölünərək qrup şəklində bankın rezolyusiya strategiyasının formalaşdırılmasının praktiki təsvirini edərək, sözügedən sahə üzrə beynəlxalq təcrübə ilə tanış olublar.
ABŞ səfirliyinin nümayəndə heyəti tərəfindən bildirilib ki, gələcəkdə bank sektoruna dair beynəlxalq ekspertlərin iştirakı ilə təlimlərin Azərbaycanda keçirilməsi planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)








.jpg)







