Expressbank karyera günü keçirdi
İş həyatımızın keyfiyyətinə birbaşa təsir göstərən, onun ən vacib hissələrindən biridir.
Sevimli sənət, mehriban kollektiv və ədalətli rəhbərlik bizim gündəlik həyatımızı zəngin, müsbət və mənalı edir. Hər iş axtaranın məqsədi belə bir iş yeri tapmaqdır, hər işəgötürənin məqsədi isə loyal, peşəkar, və inkişaf yönümlü işçilər tapmaqdır. Hər iki tərəfi məqsədə çatdıran yollardan biri Karyera Günləridir.
8 sentyabr, şənbə günü, Expressbank səmərəli və dinamik Karyera Günü keçirdi. Bank sahəsində karyera qurmaq istəyənlər bankın İnsan Resursları departamentinin əməkdaşları ilə görüşdülər, anket doldurdular, tanışlıq söhbətləri apardılar.
Tədbir böyük əks-səda doğurdu – cəmi bir günə banka 300 nəfərə yaxın insan müraciət etdi! Belə görüşlərin effektivliyini təsdiqləyən daha bir fakt odur ki, bir neçə nəfər artıq bankdan iş təklifi alıb, daha bir neçə nəfər isə müxtəlif departamentlərə təkrar müsahibələrə dəvət olunublar.
Expressbank-ın İnsan Resursları departamentinin direktoru Məlahət Abdullayevanın sözlərinə görə, belə tədbirlər gələcəkdə müntəzəm olaraq keçiriləcək və bu, istedadlı namizədlərin müəyyən edilməsi, onların bankda inkişaf edib, mütəxəssislərə çevrilməsində böyük rol oynayacaq. Expressbank-ın təklif etdiyi rəqabət qabiliyyətli əmək haqqı, təlimlər, peşəkar komandada işləmək imkanını nəzərə alaraq, bu sözlər heç bir şübhə doğurmur.
Karyera gününə gələ bilməyən, lakin gələcəyini Expressbank-da görənlər, öz CV-lərini[email protected]ünvanına yollaya bilərlər. Həmçinin gələcəkdə belə tədbirlər və yeni vakansiyalar barədə məlumatlı olmaq üçün, sosial şəbəkələrdə Express Karyera səhifələrinə yazılın:
www.facebook.com/ExpressKaryera/
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
32 d. əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 39 d. əvvəl
- 41 d. əvvəl
-
50 d. əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
1 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)









.jpg)








