SOCAR İstiqrazları yenidən bahalaşıb
SOCAR İstiqrazlarının marketmeykeri “PSG Kapital” investisiya şirkətindən verilən məlumata əsasən, ölkənin ən çox alınıb-satılan qiymətli kağızı SOCAR İstiqrazları yenidən bahalaşıb. Hal-hazırda istiqrazın birjada alış qiyməti 1022 dollar, satış qiyməti isə 1008,50 dollardır.
Bahalaşmanın əsas səbəbləri bazarda istiqraza tələbatın artması və növbəti faiz ödənişinin yaxınlaşması olub. Beləliklə, SOCAR İstiqrazlarına investisiya edənlərin sayı artdıqca qiymət göstəricisidə dəyişir.
SOCAR tərəfindən verilən nominal qiymətə alış zəmanəti, likvidliyin yüksək olması, əməliyyatların rahatlığı və faiz ödənişlərinin qrafikə uyğun aparılması kimi üstünlüklər SOCAR İstiqrazlarına marağın artmasını təmin edir.
Alğı-satqısı davam edən istiqrazların təkrar bazarda əməliyyat həcmi 160 milyon dolları ötüb.
Bu qiymətli kağız yeni məhsul olmağına baxmayaraq, qısa müddət ərzində korporativ istiqraz bazarında alğı-satqı üzrə ən yüksək mövqedə qərarlaşıb.
2016-cı ilin sentyabrında buraxılan SOCAR İstiqraqzlarının həmin il korporativ istiqraz bazarındakı payı 53%, 2017-ci ildə 82% təşkil edib, 2018-ci ildən bu günədək isə həmin göstərici 91%-dir.
“PSG Kapital” şirkətinin direktor müavini Nəriman Yaqubov: “5 il müddətinə buraxılan SOCAR İstiqrazları artıq 2 ildir dövriyyədədir və çox böyük maraq görür. İstiqrazların vaxtı 2021-ci ildə bitir. Şirkətimizə həm fiziki, həm də hüquqi şəxslər tərəfindən SOCAR-ın yeni istiqraz çıxarıb–çıxarmayacağı barədə çoxsaylı suallar daxil olur. Nəticədə, görürük ki, yeni istiqrazlara bazarda tələbat xeyli yüksəkdir”.
Qeyd edək ki, ötən ilin noyabr ayından SOCAR İstiqrazları ilə REPO əməliyyatlarına da start verilib. REPO əməliyyatları SOCAR İstiqrazlarının sahiblərinə Bakı Fond Birjasında (BFB) istiqrazlarını girov qoyaraq, qısamüddətli və sərfəli şərtlərlə kredit götürmək imkanı qazandırır. İndiyədək REPO əməliyyatlarının həcmi 28 milyon dollar təşkil edib.
Bununla yanaşı, SOCAR İstiqrazları sahibləri öz istiqrazlarını razılıq əldə olunan banklarda girov qoymaqla, 24 ay müddətinə, 1 milyon manatadək və illik 15-16%-lə güzəştli kreditlər də əldə edə bilərlər. İnvestorlar kredit götürdükləri zaman istiqrazlardan gələn dollarda illik gəlirlərini də itirmirlər və realda kredit faizi 9-10%-ə qədər enir.
SOCAR İstiqazlarının dövriyyə müddəti 5 il, illik gəliri 5% , faiz ödənişi isə hər 3 aydan birdir.
Növbəti və cari ilin son faiz ödənişi oktyabrın 17-də həyata keçiriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 1 saat əvvəl
-
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















