"Torpaqları 1 hektaradəkdir, birləşməsinə ehtiyac var"
Cəlilabadda torpaqların dəqiq balansı və keyfiyyəti bilindi
Əmlak idarəçiliyində unikal layihə olan Torpaqların Elektron Kadastr Uçotu işlərinin nəticələrindən daha bir rayon faydalanır. Artıq Cəlilabad rayonu üzrə əldə edilən məlumatlar real şəraitdə istifadə ediləcək. Bu məqsədlə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 17 sentyabr tarixində Cəlilabad rayonunda görülən işlərin nəticələri, sistemin istifadə qaydaları ilə bağlı Regional Forum keçirilib.
Tədbirdə komitənin tabeli qurumlarının, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak edib. Müəssisə, idarə, təşkilat və media nümayəndələrinin də maraq göstərdiyi ictimai təqdimatda bu layihənin nəticələri, üstünlükləri və gələcək perspektivləri müzakirə olunub. Uçot işlərinin real şəraitdə tətbiqi mexanizmi onlara əyani şəkildə göstərilib, layihənin rayonda torpaqların səmərəli idarəsi və istifadəsinə göstərəcəyi müsbət təsirlər izah edilib.
Bildirilib ki, torpaqların elektron kadastr uçotu informasiya bazasında torpaqların təyinatından tutmuş onun münbitliyinə qədər bütün göstəricilər əks olunur. Cəlilabad rayonunda yekunlaşan bu işlər nəticəsində bütün torpaqların dəqiq sərhədləri, miqyası, istifadə təyinatı müəyyənləşir. Beləliklə, sistem təkcə torpaq mülkiyyətçilərinə yox, bütövlükdə dövlətə və vətəndaşlara, torpaqla bağlı biznes quran insanlara çox böyük fayda verəcək. Dövlət özünün sahibliyində və mülkiyyətində olan torpaqların balansını əldə etmiş olur. Bələdiyyələr təyinatına, mülkiyyət və əmlak növünə görə harada və nə qədər torpaq olduğuna dair bölgü məlumatları əldə edir. Xüsusi mülkiyyət sahibliyi dəqiqləşir, pay torpaqlarının sahəsi dürüstləşdirilir.
Reallaşan uçot işləri Cəlilabad rayonunun bələdiyyə hüdudları daxilində torpaq islahatına cəlb edilmiş 93,9 min hektar torpaq sahəsinin mövcudluğunu öyrənməyə imkan verib. Bəlli olub ki, 26,5 min hektar bələdiyyə, 10,7 min hektar dövlət, 56,7 min hektar özəl torpaqların payına düşür. Bələdiyyə hüdudları daxilindəki torpaq sahələrinin 68,2 min hektara yaxını (72.7%-i) kənd təsərrüfatına yararlı torpaqlardır ki, bunun da 58,6 min hektar hektarını əkin sahələri təşkil edir. Torpaq islahatı aparılan zaman rayon üzrə çoxillik əkmələr 0,54 min hektar olduğu halda, elektron uçot aparılan zaman bu ərazilər digər uqodiyaların hesabına artaraq 1,1 min hektar olub. Uçot işləri zamanı müəyyən edilib ki, torpaq payı almış ailələrdən 28 minə yaxınının torpaq ölçüləri 1 hektaradəkdir. Bu da onu göstərir ki, torpaq sahələrinin konsolidasiyasına, birləşməsinə ehtiyac vardır.
Layihənin reallaşdığı müddət ərzində Cəlilabad rayonunda torpaqların kəmiyyət göstəriciləri ilə bərabər, keyfiyyət göstəricilərinin də uçotu aparılıb. Eləcə də, torpaqların iqtisadi qiymətləndirilməsi və bonitirovkası ilə bağlı məlumat bazası yaradılıb, şorlaşma və şorakətləşmə, eroziya xəritələri tərtib edilib.
Hazırda torpaqların elektron kadastr uçot işlərinin yekunlaşdığı 24 rayonun 11-də bu layihənin praktiki istifadəsi reallaşıb. Qeyd edilməlidir ki, torpaqların elektron kadastr uçotu ümumilikdə 4,2 milyon hektara yaxın ərazini əhatə edəcəkdir. Bu günə qədər 3 milyon hektara yaxın sahənin elektron kadastr uçotu aparılıb.
Təqdimatın sonunda layihənin praktiki nəticələri və istifadəsi ilə bağlı iştirakçıların sualları mütəxəssislər tərəfindən cavablandırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
-
8 saat əvvəl
Azərbaycanda 2 ayda dövlət xətti ilə 22 milyon manatdan çox ipoteka krediti verilib
-
-
8 saat əvvəl
Azərbaycanda problemli kreditlərin məbləği mütləq ifadədə son bir ildə 17 % artıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
- 10 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bakıya yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
Unibank 5 nominasiya üzrə qalib olub
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
Ən çox oxunanlar
Fevralda ödəniş kartlarının sayı 191 min ədəd artıb
Qanlı Göl yeni layihə əsasında abadlaşacaq
MİDA-da yeni təyinat olub
Ticarət şəbəkələrinin açıq məkanda reklamların yerləşdirilməsi ilə bağlı çətinlikləri var
Bank sektorunda, o cümlədən kreditlərdə cüzi artım olub
2 ayda banklar 190 milyon manata yaxın xalis mənfəət əldə ediblər
Expressbank növbəti ekoloji layihəyə tərəfdaşlıq edib
Bank sektorunda son vəziyyət açıqlandı - YENİ RƏQƏMLƏR
















