Bakının özəl bağçalarında - ŞƏRAİT VƏ QİYMƏTLƏR
Hazırda ölkəmizdə dövlət bağçaları ilə yanaşı özəl bağçalar da fəaliyyət göstərir. Dövlət bağçalarında aylıq qiymətlər 10-30 manat arasında dəyişir. Bu məbləğə saat 08:00-dan 18:00 kimi uşağın bağçada qalması 3 dəfə qidalanma və müxtəlif məşğələlər daxildir. Amma məşğələlərin uşağınız tərəfindən yaxşı qavranılması üçün , daha dəqiq desək yaxşı öyrədilməsi üçün əlavə 10-15 manat da ödəməli olacaqsız.
Ölkəmizdə dövlət bağçaları ilə yanaşı özəl bağçalar da fəaliyyət göstərir ki, bu növ biznes əməlli –başlı gəlirli sahələrdən biri hesab olunur.
Fərdi sahibkarlar tərəfindən açılan bağçalar belə dövlət müəssisələri ilə müqayisədə 15-20 dəfə bahadır. Belə ki, bu tip bağçalarda ödəniş 180 manatdan 12768 manata kimidir. Paytaxtda özəl bağçalarda aparılan araşdırmalardan belə bəlli olub ki, balacaları bu tip təhsil mərkəzlərinə nəinki aylıq həmçinin gündəlik də qoymaq olar. Özəl baxçalarda qiymətlərlə daha yaxından tanış olmağınız üçün siyahını təqdim edirik.
Suna Kids
Uşaqların qəbulu 1 yaşdan 5 yaşadəkdir. Aylıq ödəniş isə 350 manatdır. Bu qiymətə uşaqların 08:00-dan 18:00- kimi bağçada qalmağı, 5 dəfə qidalanmağı, ingilis , fransız, rus dilində dərslər keçməsi daxildir. Bundan başqa valideynlər əlavə ödəniş etməklə balacalar üçün service, loqotip və psixoloq xidmətindən yararlana bilərlər. Uşaqlarının əminamanlıqda olmalarını görmək üçün isə validenylərin mobil telefonuna qoşulmuş birbaşa online proqram də təqdim edilir.
Mini Banbini
1 yaşdan 5 yaşadək uşaqlar qəbul olunur. Bir uşaq üçün aylıq ödəniş 300 manatdır. Bu qiymətə gimnastika dərsləri, musiqi, rəsm dərnəkləri daxildir. Həmçinin gün ərzində 5 dəfə yemək 5-cisi meyvələrlə olmaqla verilir. Valideynlər 300 manatdan əlavə də ödəniş etməli olacaqlar. Belə ki, balacaların istifadə etdiyi bəzi vəsaitlər üçün il ərzində 60-70 manat ödəmək lazım olacaq. Uşaqlar bağçada həftəiçi 5 gün səhər 8-dən axşam 6-ya kimi qalacaqlar.
İndigo uşaq bağçası
İndigo uşaq bağçasında 2 –6 yaş arası uşaqlar qəbul olunur. Bağçada balacaların qalma vaxtı səhər 8-dən axşam valideynlərin işdən çıxmasına qədərdir. Əlbətdə ki, əgər valideynlər 18:00-da işdən çıxırlarsa. Bağçada bir uşağın bir ay ərzində sahərdən axşama kimi qalmasının aylıq ödənişi 420 manat, bir ay səhərdən günortaya kimi qalması isə 250 manatdır. 420 manata uşaqların müxtəlif məşğələlərdə bilik və bacarıqlara yiyələnməsi , gün ərzində 5 dəfə qidalanması və tibbi müayinə daxildir.
Günəş uşaq bağçası
Adı çəkilən bağçanın aylıq ödənişi 350 manatdır. Günəş, balacalar üçün isti münasibətlə yanaşı gün ərzində 5 dəfə qidalanma və müxtəlif məşğələlər təklif edir. Bağçadan Fins.az-a bildirdilər ki, bütün həftəni lentə alan kamera çəkilişini isə valideynlərin ürəyinin xətircəm olması üçün istənilən vaxt təqdim edə bilərlər. Bununla da valideynlər gün ərzində uşaqlarının nə etdiklərini və onlara necə davranıldığını görə bilərlər.
Jaləm uşaq bağçası
Bağçada bir aylıq ödəniş 180 manatdır. Həftəiçi 5 gün ərzində uşaqlarınızı bu bağçaya əmanət edə bilərsiz. Ən azından bağçanın müəllimələri belə deyirlər. Təhsil ocağı 09:30-dan axşam 18:00 kimiçalışır. Bağçada uşaqlar üçün müxtəlif dərnəklər var ki, aylıq ödənişə daxildir. Lakin rəqs dərsləri həftədə iki dəfə aylıq ödənişi 20 manat olmaqla öyrədilir. Bu xidmət isə könüllüdür. Bağçada birbaşa online kamera sistemi olmasa da onun əvəzinə video müşahidə var. Həmçinin bağçanın xidmətlərindən bir iki günlük də istifadə etmək olar. Bu zaman ödəniş ucuz olur.
İlayda uşaq bağçası
Bu bağçada aylıq ödəniş 300 manatdır. 5-ci meyvələrlə olmaqla gün ərzində 5 dəfə qidalanma, balacaların müxtəlif məşğələlərlə məşğuliyyəti daxildir. Valideynlərin övladlarını daim müşahidə edə bilməsi üçün birbaşa video izləmə də var. Bir ailədən iki uşaq olduğu zaman 10% endirim edilir. Uşaqların sayı daha çox olduqda isə endirim faizi bir qədər də çoxalır.
Sladkiy Kolobok
Balacaların bir araya gədiyi bu bağçanın xidmət haqqı olaraq valideynlər əksər özəl bağçalarda olduğu kimi 300 manat ödəməli olacaqlar. Uşaqlar səhər 8-dən axşam 6-ya kimi burada 5 dəfə də qidalana biləcəklər. Birbaşa müşahidə ilə yanaşı bağçaya valideynlər üçün service xidməti də təşkil olunur. Yəni uşaqlar bağçaya aparılıb gətirilməsi bağça avtobusu tərəfindən həyata keçirilir.
SmartPen - Uşaq İnkişaf və Məktəbəqədər Hazırlıq Mərkəzi
Barada valideynlər həftədə 3 dəfə 1 saat olmaqla ay ərzində 40 manat, həftədə 3dəfə olmaqla 2 saat dərslər üçün isə 60 manat ödəməli olacaqlar . SmartPendə uşaqlara əcnəbil dil dərsləri, rəqslər keçilir. Həmçinin loqopedə ehtiyacı olan uşaqlara xüsusi təlimlər də təşkil olunur.
SABIS SUN
SABİS SUN böyük təhsil kompleksidir. Lakin bura böyük olmaqla yanaşı yuxarıda adı sadalanan təhsil ocaqlarının təhsil haqqından böyük ödəniş tələb edir. Belə ki, bu təhsil kompleksin bağçasında aylıq yox illik ödənişlər edilir. Bu zaman isə 3 yaşlı uşaqlar üçün 12565 manat, 4 yaşlı uşqlar üçün isə 12768 manat tələb edilir. Bağçaya ən balaca 3 yaşından qəbul edilir. Burada uşağınıza yapon mühəndisliyindən tutmuş baletə qədər öyrədəcəklər. Uşaqların bağçada qalma vaxtı isə 08:00-dan 16:00 kimidir.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Fins
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 gün sonra
-
1 gün sonra
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
-
1 saat əvvəl
Elektrikli avtomobillər ilə "car-sharing" tezliklə Bakıda — Rentbutik-dən yeni xidmət
-
-
1 saat əvvəl
Dollarda 2024-cü ildən bəri ən böyük aylıq bahalaşma - MARTDA 3% DƏYƏR QAZANIB
- 1 saat əvvəl
-
1 saat əvvəl
Avro Bölgəsində 2022-dən bəri ən sürətli inflyasiya artımı qeydə alındı
-
2 saat əvvəl
Dövlət rəmzlərini əks etdirən obyektlərə sənaye nümunəsi kimi hüquqi mühafizə verilməyəcək
-
2 saat əvvəl
Sərnişindaşımada istifadə olunan avtomobillərə dair tələblər dəyişəcək - 3 AY VAXT VERİLDİ
-
2 saat əvvəl
Ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirildi
-
2 saat əvvəl
Azərbaycanda insanın klonu patent obyekt kimi qəbul edilməyəcək
-
2 saat əvvəl
25 dərəcə isti olacaq - Aprelin 1-də gözlənilən hava şəraiti
-
3 saat əvvəl
Həyatını itirən minatəmizləyənlərin ailə üzvlərinə aylıq 700 manat ödəniləcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
Dövlət rəmzlərini əks etdirən obyektlərə sənaye nümunəsi kimi hüquqi mühafizə verilməyəcək
Ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirildi
25 dərəcə isti olacaq - Aprelin 1-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinə direktor təyin olunub
ABŞ-da benzinin qiyməti 4 dolları keçdi
Alıcı taplmayan "İstikbal Mobilya" yenidən satışa çıxarıldı
Bu həftə Azərbaycan Mərkəzi Bankı növbəti faiz qərarını açıqlayacaq
ABŞ İranın Hörmüz boğazı üzərində suverenlik iddialarını qəbul etmir, buna imkan verməyəcək
Azərbaycanda 3 lizinq şirkəti ləğv edilir
İllik gəlirliliyi 15 faiz olan istiqrazlara abunə yazılışı başladı





















