Sadələşdirilmiş vergidə böyük artım
Dövlət büdcəsinin fiziki şəxslərin gəlir vergisindən gəliri azalıb.
“Marja” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2017-ci ilin yanvar-iyul ayları ərzində fiziki şəxslərin gəlir vergisi 610,6 milyon manat ikən, cari ilin eyni dövründə 568,2 milyon manat təşkil edib. Qısası, 2017-ci ilin yanvar-iyuluna nisbətən fiziki şəxslərin gəlir vergisi 7% azalıb.
Müqayisə olunan dövrdə, ən çox artım sadələşdirilmiş vergidə olub: 27%. Ötən ilin 7 ayı ərzində 210,6 milyon manat sadələşdirilmiş vergi toplanmışdı. Bu il məbləğ 269,1 milyon manat təşkil edib.
Xəbər verdiyimiz kimi, 2018-ci ilin yanvar-iyul aylarında dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 28,9 faiz artaraq 12 milyard 130,2 milyon manata, xərcləri isə 19,3 faiz artaraq 11 milyard 649,3 milyon manata çatmışdır. Büdcənin icrasında yaranmış 480,9 milyon manatlıq profisit ümumi daxili məhsulun 1,1 faizini təşkil etmişdir.
Daxilolmaların 19,5 faizi əlavə dəyər vergisi, 12,6 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 5,0 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 4,7 faizi fiziki şəxslərin gəlir vergisi, 3,3 faizi aksizlər, 2,2 faizi sadələşdirilmiş vergi, 0,9 faizi əmlak vergisi, 1,3 faizi vergilərin digər növləri, 50,5 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
3 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
1 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir










.jpg)






.jpg)

