Bakıda aeronaviqasiya sammiti keçiriləcək - SAZİŞ İMZALANDI
Sentyabrın 27-də CANSO (Civil Air Navigation Services Organization) Beynəlxalq mülki aviasiya aeronaviqasiya təminatı provayderləri təşkilatının ali rəhbərliyinin nümayəndə heyəti Bakıya işgüzar səfərə gəlmişdir. Nümayəndə heyətinə təşkilatın baş direktoru Cef Pul (Jeff Poole) başçılıq etmişdir.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən “Marja”ya daxil olmuş məlumata görə, qonaqlar Azərbaycanın mülki aviasiya obyektləri, o cümlədən “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi, Hava Məkanından İstifadə, Strategiya və İnkişaf üzrə Səmərəlilik Mərkəzi (ASEC) və Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi ilə tanış olmuşdurlar.
AZAL prezidenti Cahangir Əsgərov ilə görüşdə 2020-ci ildə Bakıda Ümumdünya aeronaviqasiya sammitinin keçirilməsi məsələləri müzakirə olunmuşdur. Bundan başqa, tərəflər həmçinin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi və CANSO arasında əməkdaşlıq perspektivlərini, o cümlədən AZANS-ın CANSO Europe icraiyyə komitəsinə qoşulması, həmçinin Azərbaycan mütəxəssislərinin təşkilatın işçi qruplarında iştirakı məsələlərini müzakirə etmişdirlər.
Görüşdə həmçinin 2020-ci il Sammitinə kimi CANSO birgə təlim mərkəzinin yaradılması və süni intellektdən istifadə olunaraq Hava Hərəkətini İdarəetmə Mərkəzinin açılması müzakirə olunmuşdur. Hazırda yalnız 2020-ci ilədək işlənib hazırlanmış inkişaf strategiyası Bakıda keçiriləcək 2020-ci il Sammitində qəbul olunacaq.
Cef Pul dünya aviasiya birliyi üçün getdikcə daha da cəlbedici olan Azərbaycan mülki aviasiyanın böyük nailiyyətlərini vurğulamışdır. Aviaşirkətlər ən müasir aeronaviqasiya təminatı sistemi sayəsində uçuşların təhlükəsizliyini yüksək səviyyədə təmin edən Azərbaycanın ərazisi üzərindən uçmağa daha çox üstünlük verirlər. Növbəti illərdə Azərbaycan üzərindən uçuşların artacağı proqnozlaşdırılır.
Görüşün yekunlarına əsasən Cahangir Əsgərov və Cef Pul 2020-ci il 8-12 iyun tarixlərində Bakıda CANSO aeronaviqasiya sammitinin keçirilməsi haqqında saziş imzalayıblar.
Xatırladaq ki, CANSO AGM-2020-nin keçirilməsi üçün Bakının namizədliyi Banqkokda İcraiyyə komitəsinin (FAA (ABŞ), Kanada, Almaniya, Çexiya, Argentinanın aeronaviqasiya sistemləri, Sinqapur, Tanzaniya, Böyük Britaniya və Səudiyyə Ərəbistanının mülki aviasiya administrasiyalarının rəhbərlərindən ibarətdir) iclasında yekdilliklə seçilmişdir. Daha sonra CANSO-nun baş məclisi zamanı Bakının namizədliyinin lehinə 70-dən çox ölkə səs vermişdir.
“Global ATM Summit” illik sammiti mülki aviasiya sahəsində ən mötəbər tədbirlərdən biridir. Sammitdə dünyanın 100-dən çox ölkəsindən 250-dən çox iştirakçı iştirak edir. Bu tədbir miqyasına görə tez-tez aviasiya sahəsində olimpiada ilə müqayisə edilir.
Azərbaycanın mülki aviasiya tarixində bu cür böyük və əhəmiyyətli sammit Bakıda ilk dəfə olaraq keçiriləcək. CANSO-nun böyük əhəmiyyətli beynəlxalq sammitin keçirilməsini Bakıya etibar etməsi qərarı Azərbaycan Prezidenti İlham Əliyevin mülki aviasiyaya göstərdiyi daimi diqqət və qayğısının, eyni zamanda bu sahədə əldə olunan uğurların əyani göstəricisidir.
“Azərbaycan Hava Yolları” QSC-nin struktur bölməsi olan “Azəraeronaviqasiya” (AZANS) Avropa və Asiyanı birləşdirən əsas hava hərəkəti idarəsidir. Hər il Azərbaycan Respublikasının ərazisi üzərindən 90 mindən çox tranzit uçuşlar yerinə yetirilir. Azərbaycanın əlverişli coğrafi mövqeyi həmçinin ölkə ərazisində postsovet məkanında yeganə olan Hava Məkanından İstifadə, Strategiya və İnkişaf üzrə Səmərəlilik Mərkəzinin (ASEC) açılmasına imkan vermişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
23 d. əvvəl
Nazir Azərbaycanda iqtisadi artımın dayanmasının əsas səbəbini açıqladı
- 42 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 2 saat əvvəl
-
4 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
-
5 saat əvvəl
Dünya səviyyəli robototexnika yarışı ilk dəfə Azərbaycanda keçiriləcək
- 5 saat əvvəl
-
6 saat əvvəl
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 3 GÜN
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Ən çox oxunanlar
PAŞA Bank: 20 min manatadək sifariş verən investorların sifarişlərinin 100 faiz təmin ediləcəyi ehtimalı yüksəkdir
“AzerGold” QSC-də Kəlbəcərin Söyüdlü (Zod) qızıl yatağı layihəsinin icra vəziyyəti nəzərdən keçirilib
SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində




















