Dövlət qulluqçusu və fermer münasibətləri elektron müstəviyə keçiriləcək
NAİL İSMAYILOV: “ƏSAS QAYƏMİZ DÖVLƏT QULLUQÇUSU-FERMER MÜNASİBƏTLƏRİNİN ELEKTRON MÜSTƏVİYƏ KEÇİRİLMƏSİNƏ NAİL OLMAQDIR”
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzinin Elektron kənd təsərrüfatı və informasiya sistemlərinin inkişafı departamentinin müdiri Nail İsmayılovun müsahibəsi
-Nail müəllim, elektron kənd təsərrüfatı layihəsinin əsas mahiyyəti nədən ibarətdir?
-Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzi yaradılıb. Mərkəzin elektron kənd təsərrüfatı və informasiya sistemlərinin inkişafı departamentinin əsas funksiyalarına aqrar sahədə informasiya texnologiyalarından istifadənin genişləndirilməsi, elektronlaşma sahəsində təhlillərin aparılması, aqrar sahədə biznes proseslərin elektron və rəqəmsal müstəviyə keçirilməsi, elektron sistemlərin yaradılması və inkişaf etdirilməsi, yeni yanaşmaların tətbiqi və təşviqi, elektron sistemlər vasitəsilə məlumatların toplanması və analizlərin aparılması, elektron xidmətlərin formalaşdırılması və təkmilləşdirilməsi, kənd təsərrüfatının inkişafı ilə bağlı məlumat bazasının yaradılması, sahənin strateji planlaşdırılması və innovativ inkişaf etdirilməsi daxildir. Eyni zamanda Aqrar Tədqiqatlar Mərkəzinin elektron kənd təsərrüfatı və informasiya sistemlərinin inkişafı departamentinin fəaliyyətinin əsas prisnipləri aqrar sahədə biznes proseslərin sadələşdirilməsi, optimallaşdırılması, fermerə daha yaxın olmaq, problemlərin həllinə dəstək vermək, əlavə vaxt itkisini və bürokratik əngəlləri aradan qaldırılması, şəffaflığın təmin olunması, elektron sistemin kənd təsərrüfatında tətbiq olunması prosesində fermerə lazımi xidmətlərin heç bir yerə getmədən, əlavə xərc çəkmədən, elektron qaydada müraciətin edilməsi və xidmətin alınmasını təmin etməkdir.
-Bu layihəni dövlət-fermer münasibətlərində yeni, elektron platforması hesab etmək olarmı?
-"Elektron kənd təsərrüfatı" informasiya sisteminin yaradılması 2015-ci ildən prioritet vəzifə olaraq nazirliyin fəaliyyətinin ana xəttinin təşkil edir. Bütün bu fəaliyyət prinsiplərimizin əsas qayəsi dövlət qulluqçusu və fermer münasibətlərinin elektron müstəviyə keçirilməsinə nail olmaqdır. Bu məqsədlə Bakıda və respublikanın bütün rayonlarında yeni inşa edilmiş DAİM-lər ən müasir avadanlıqlarla təchiz edilmiş, modern maddi-texniki baza, zəruri informasiya və kommunikasiya texnologiyaları ilə təmin olunmuşdur. Nazirliyin İnformasiya Texnologiyaları infrastrukturu beynəlxalq təcrübəyə əsaslanmaqla təkmilləşdirilir, habelə "Elektron kənd təsərrüfatı" informasiya sisteminin əsas komponentləri yaradılır. Məlumatların təhlili, toplanması, təmizlənməsi, saxlanılması və vahid verilənlər bazası yaradılması, məlumatların avtomatlaşdırılmış şəkildə yığılması imkanı fəaliyyətimizi çevik bir modelə çevirir.
-Yeni sistem innovativ yeniliklərin kənd təsərrüfatına tətbiqinə nə dərəcədə təsir göstərəcək?
-Ümumiyyətlə, “Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi”nin tətbiq edilməsi kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına, ölkəmizdə aqrar sahənin inkişafına, davamlı ərzaq təhlükəsizliyinin, iqtisadi inkişafın, innovativ kənd təsərrüfatı texnologiyalarının tətbiqinə xidmət edir. Elektron mühitə əsaslanan idarəetmənin tətbiqi isə bütövlükdə kənd təsərrüfatının inkişafına öz töhvəsini verəcəkdir.
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
- 10 d. əvvəl
-
-
45 d. əvvəl
Aqrar sənayedə ilk: kalium sulfat artıq Azərbaycanda istehsal olunur
-
59 d. əvvəl
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“AZƏRMAŞ GROUP”un istiqrazlarına 106 investordan sifariş - tam yerləşdirilib
-
2 saat əvvəl
Daha 10 şirkət “Startap” şəhadətnaməsi aldı - ADLARI, 3 İL VERGİDƏN AZADDIRLAR
-
2 saat əvvəl
Dövlət şirkətinin dollar istiqrazları üçün “Açılış Zəngi” mərasimi keçirilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
"Caspian Motor-Show" bu il “Sea Breeze”də keçiriləcək
Aqrar sənayedə ilk: kalium sulfat artıq Azərbaycanda istehsal olunur
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
Ən çox oxunanlar
İyunun 9-da gözlənilən hava şəraiti
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Təbriz küçəsi də yenilənir
Expressbank Mingəçevirdə təmizlik aksiyası keçirib
Hörmüzdən sonra indi də Qırmızı dəniz böhranı
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına 100% əməl edə bilməyib










.webp)











