"Hər il 10-12 min manat gəlir götürürəm"
Ata-babadan fındıqçılıqla məşğul oluruq. Fındıqçılıq mənim kimi, qəsəbəmizdə yaşayan yüzlərlə ailənin əsas gəlir mənbələrindən biridir. Hazırda ailəmizin ata-babadan qalma 5 hektar fındıq bağı var. Keçən il bağımızdan 3,5 ton məhsul götürdük. Xərcləri çıxandan sonra 10 min manatadək gəlirimiz oldu. Bu il isə fındıq bağımızdan 4,2 ton məhsul əldə etmişik.
Bunu Zaqatala rayonunun Əliabad qəsəbəsinin sakini Ədalət Sulxayev deyib.
Bu il də fındıqçılıqdan gəlirinin ən az ötənilki qədər olacağını vurğulayan fermerin sözlərinə görə, artıq bazarda fındığın bir kiloqramının qiyməti 3 manata yaxınlaşır. Bu qiymət istehsalçıları qane edir.
Qəsəbə sakininin sözlərinə görə, fındıqçılığın çox gəlirli sahə olduğunu nəzərə alaraq, ötən il 3 hektar sahədə yeni fındıq bağı salıb, əraziyə 450 fındıq tingi əkib. Yaxşı qulluq olunduğu təqdirdə yeni salınan bağ 5-6 ildən sonra artıq məhsul verəcək.
Sulxayevlər ailəsi, eyni zamanda, tütünçülük, taxılçılıq və heyvandarlıqla da məşğul olur. Təsərrüfat rəhbərinin bildirdiyinə görə, üç ildir ki tütün yetişdirir. Bu il 10 hektar sahədə tütün əkib. İndiyədək emal məntəqəsinə 40 ton yaşıl tütün kütləsi təhvil verib. Tütün yığımı hələlik davam edir. Bundan əlavə, fermer ailəsi payız mövsümündə gələn ilin məhsulu üçün 10 hektar sahəyə taxıl əkməyi də planlaşdırır.
Ümumiyyətlə, fındıqçılıq Zaqatala rayonunun kənd əhalisinin, o cümlədən Əliabad qəsəbəsi sakinlərinin əsas məşğuliyyət sahələrindən biridir. Qəsəbənin ərazi icra nümayəndəsi Həsən Həsənov bildirib ki, 11 mindən çox əhalinin yaşadığı bu qəsəbədə olan 3182 ailə-kəndli təsərrüfatının böyük əksəriyyəti fındıqçılıqla məşğuldur. Hazırda qəsəbənin ərazisində 2276 hektar fındıq bağı var. Son bir ildə daha 750 hektar sahədə yeni bağlar salınıb. 2017-ci ildə fındıq bağlarından 1268 ton məhsul tədarük olunub. Qəsəbə sakinləri ötən il təkcə fındıqçılıqdan 3,8 milyon manatadək gəlir əldə ediblər. Builki mövsümdə isə fındıq bağlarından 1430 ton məhsul yığılıb. Deməli, bu il də Əliabad sakinlərinin fındıqçılıqdan gəlirləri yaxşı olacaq.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
-
6 saat əvvəl
Azərbaycanda 2 ayda dövlət xətti ilə 22 milyon manatdan çox ipoteka krediti verilib
-
-
6 saat əvvəl
Azərbaycanda problemli kreditlərin məbləği mütləq ifadədə son bir ildə 17 % artıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
- 8 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bakıya yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
Unibank 5 nominasiya üzrə qalib olub
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
Ən çox oxunanlar
Fevralda ödəniş kartlarının sayı 191 min ədəd artıb
Qanlı Göl yeni layihə əsasında abadlaşacaq
MİDA-da yeni təyinat olub
Ticarət şəbəkələrinin açıq məkanda reklamların yerləşdirilməsi ilə bağlı çətinlikləri var
Bank sektorunda, o cümlədən kreditlərdə cüzi artım olub
2 ayda banklar 190 milyon manata yaxın xalis mənfəət əldə ediblər
Expressbank növbəti ekoloji layihəyə tərəfdaşlıq edib
Bank sektorunda son vəziyyət açıqlandı - YENİ RƏQƏMLƏR















