Fındıq sektorundan etiraz: "BU QİYMƏTLƏR BİZƏ SƏRF ETMİR"
Bugünkü qiymətlər nə istehsalçıları qane edir, nə də emal müəssisələrini
Artıq ölkə ərazisində fındıq yığımı yekunlaşma mərhələsindədir. Ümumilikdə istehsalçılar builki məhsuldan razıdırlar - həm kəmiyyət, həm də keyfiyyətinə görə. Bol və keyfiyyətli məhsul isə, sözsüz ki, emal müəssisələrinin də işinə yarayır. Bu halda onlar ixracyönümlü məhsul olan fındığı xarici tərəfdaşlarının qarşısına üzüağ çıxarır, qiymət məsələsində sözlərini arxayın deyə bilirlər.
Qərzəkli meyvələrin bol olduğu Qax rayonunda 9552 hektar fındıq bağı var. Onun 6228 hektarı bar verən, 600 hektarı cavan, 2724 hektarı isə təzə salınan bağlardır. Bu il üçün gözlənilən məhsul təqribən 5300 tondur.
Qaxdakı fındıq emalı müəssisələrindən birində olduq. "Ata-baba fabrik” MMC-nin icraçı direktoru Azər Əliyev dedi ki, bu il ümumilikdə məhsulla bağlı şikayətlənməyin yeri yoxdur. "Sentyabrdan məhsulun qəbuluna başlanıb. Müəssisənin gün ərzində 25-30 ton məhsul qəbul etmək imkanı var. Builki fındıq keyfiyyətinə görə də yaxşıdır” deyən A.Əliyev bildirdi ki, əsas tədarükçüləri rayonun Marsan, Turaclı, Küdüllü və Tasmalı kəndlərinin sakinləridir: "Müəssisədə işin həcmindən asılı olaraq işçilərin sayı dəyişir. Mövsümün qızğın dövründə burada 35-55 nəfər qadın, 10-15 nəfər kişi işləyir”.
Öyrəndik ki, fındıq qəbulu təxminən mart ayına kimi davam edir. Bunun da səbəbləri var. Bəzi fermerlər qiymət artımını gözləyərək fındığı gec təhvil verir və ya satışa az həcmdə çıxarırlar.
Müəssisənin satış bazarı əsasən Rusiya, İtaliya, Hollandiya və Almaniyadır. Hazırda Çexiya, İsveçrə və Çin Xalq Respublikasının əlaqədar qurumları ilə danışıqlar gedir ki, bu da beynəlxalq əhəmiyyətli qida sənayesi sərgilərində iştirakın nəticəsidir. Müəssisənin təmsilçiləri AzPROMO-nun "Made in Azerbaijan” brendi altındakı bütün sərgilərdə iştirak edirlər. Onlar cari ildə Fransa, Rusiya, Almaniya, ÇXR-də, Birləşmiş Ərəb Əmirliklərində olublar.
Narahatlıq doğuran məqamlara gəldikdə, bu, fındığın alış və satış qiymətinin keçən illə müqayisədə aşağı olmasıdır. Bunun başlıca səbəbi dünya bazarının bir nömrəli fındıq istehsalçısı olan Türkiyə istehsalçılarının qiyməti diktə etmək imkanına malik olmalarıdır. Bu gün 1 kiloqram fındığın alış qiyməti 2,50-3 manat aralığında dəyişir. Beynəlxalq bazarlardakı tərəfdaşlardan fındıq emalçılarına 1 kiloqram fındıq üçün gələn təklif isə, daşınma da daxil olmaqla, 5 ABŞ dolları təşkil edir. Bu da keçənilki və bu ilin əvvəlinə olan qiymətlə müqayisədə azdır. Qiymətlərin aşağı olması isə nə istehsalçılara, nə də emalçılara sərf edir.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
55 d. əvvəl
Artıq iri plitələr qopmayacaq! - “Matanat A”dan yeni yapışdırıcı
-
-
5 saat əvvəl
“Gəncə Cihazqayırma Zavodu”nda dividend və borc məsələləri müzakirə olunacaq
-
6 saat əvvəl
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Danimarkanın əczaçılıq şirkətinin Azərbaycanda fəaliyyəti müzakirə olunub
-
7 saat əvvəl
Azərbaycan şirkəti Rusiyada aqropark yaradacaq - 3,4 MİLYONLUQ MÜQAVİLƏ İMZALANIB
- 7 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Artıq iri plitələr qopmayacaq! - “Matanat A”dan yeni yapışdırıcı
Qızıl kreditini bu banka gətirənlərə endirim var
AccessBank QSC taksi xidməti tenderi elan edir
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
"Caspian Motor-Show" bu il “Sea Breeze”də keçiriləcək
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı






















