"Gələn il 65 dollardan aşağı düşməyəcək, 100 dolları da keçə bilər"
Dünyanın neft ticarəti ilə məşğul ən böyük şirkətləri, neftin qiymətinin ABŞ-ın İran sanksiyaları səbəbindən gələn il 65 dollardan aşağı düşməyəcəyini, ehtimal ki, 100 dolları aşacağını güman edirlər. "Marja" xəbər verir ki, bu barədə "Ruters"in xəbərində bildirilir.
Neft qiymətləri ABŞ-ın Noyabr ayında qüvvəyə minəcək İran sanksiyaları səbəbindən son aylarda yüksəlib. ABŞ-ın İrana sanksiyası, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEX) hasilat gücünü də sınağa çəkəcəkdir.
Brent neftinin qiyməti ötən həftə 86.74 dollara qalxaraq 2014-cü ildən bu yana ən yüksək səviyyəsini görmüşdü.
Beynəlxalq Enerji Agentliyi (IEA) kimi tələb-təklif proqnozu verən təşkilatlar inkişaf etməkdə olan iqtisadiyyatlarda böhranlar və böyük iqtisadiyyatlar arasında "ticarət mübahisələri" səbəbilə neftə olan tələbatın gələn il azalacağını, təklifin isə ABŞ və Rusiya kimi OPEC üzvü olmayan ölkələr sayəsində artacağına diqqət çəkirlər.
Dünyanın əsas neft ticarət şirkətləri arasında yer alan "Trafigura"nın rəhbəri Ceremi Ueyr, Londonda keçirilən neft konfransında, neft qiymətləri 100 dolları keçsə təəccüblənməyəcəyini bildirib.
Neft və təbii qaz ticarətilə məşğul olan "Glencore"un rəhbəri Aleks Beard isə həmin konfransda neftin orta müddətdə 85-90 dollarda qalacağını güman edir.
"Gunvor"un rəhbəri Torbjorn Tornqvist isə tələbdəki artımın zəifləyəcəyini bildirərək qiymətlərin gələn il 70-75 dollar aralığına düşəcəyini deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
1 saat əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
-
1 saat əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
1 saat əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
1 saat əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
1 saat əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Ən çox oxunanlar
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib






.jpg)
.jpg)








.jpg)









