Türk Lirəsinin bahalaşması davam edəcək?
Dollar/TL (Türk Lirəsi) məzənnəsi 18 Oktyabrda 10 həftənin ən aşağı səviyyəsi olan 5,52 TL-yə qədər geriləmişdi.
Dollar/TL məzənnəsi 13 Avqustda 7,2169 ilə tarixinin ən yüksək səviyyəsini görməsinin ardından, Türkiyə Mərkəzi Bankının (TCMB) və Bank sektorunu tənzimləyən və nəzarət edən Təşkilatın (BDDK) atdığı addımlarla düşməyə başladı.
"Marja" xəbər verir ki, TCMB-in 13 Sentyabrda faizi 625 bənd artıraraq 24%-ə yüksəltməsinin ardından Xəzinə və Maliyyə Naziri Berat Albayrakın açıqladığı Yeni İqtisadiyyat Proqramı (YEP) və İnflyasiya ilə Mübarizə Proqramı bazarlar tərəfindən müsbət qarşılandı. Son olaraq da Amerikalı rahib Endryu Bransonun sərbəst buraxılması Dollar/TL-nin 10 həftənin ən aşağı səviyyəsi olan 5,5194-ə qədər geriləməsini təmin etdi.
Türk Lirəsi Dollar qarşısında ötən həftə 3,7%, Oktyabrın əvvəlindən bu yana isə 6,5% dəyər qazanıb.
Bakı vaxtı ilə saat 07:40-da Dollar/TL məzənnəsi 5.6520 səviyyəsində olub.
Dollar/TL düşməkdə davam edəcək?
"İntegral" İnvestisiya şirkətindən Tuncay Turşuçu, dollar/TL-ni 5,45 səviyyəsindən aşağı düşməsini gözləmədiklərini qeyd edərək, bu nöqtəyə yaxın yerlərdən dollar/TL-də yüksəlişin olacağını söyləyib.
Yuxarı istiqamətdə 5,70 səviyyəsinin əhəmiyyətli olduğuna diqqəti çəkən Turşuçu, "Dollar/TL-nin 5,70 səviyyəsini keçməsi və üzərində qalması vəziyyətində yüksəliş 6 səviyyəsinə qədər davam edə bilər. 5,90 bu mərhələdə müqavimət ola bilər" ifadələrini istifadə edib.
Turşuçu, Dollar/TL 6,15 səviyyəsinin üzərinə yüksəlmədikcə aşağı istiqamətli meylin davam edəcəyini, 5,45-dən aşağı düşərsə məzənnənin daha da geriləyəcəyini vurğulayıb.
"GCM" investisiya şirkətinin mütəxəssisi Enver Erkan, texniki olaraq Dollar/TL-nin psixoloji 5.5650, 5,5000 və 5,4250 dəstəklərinə doğru geriləyə biləcəyini qeyd edib. Dollar/TL-nin 5,30-a doğru geriləyə bilməsi üçün məzənnənin 5,5650 səviyyəsindən aşağı qalmasına ehtiyac var.
Türk lirəsinin dəyərlənmənin qarşısındakı ən əhəmiyyətli mənfi faktor ABŞ-ın 10 illik istiqraz faizinin 3,20 səviyyəsinə yüksəlməsidir.
Noyabrın əvvəlində ABŞ-ın İrana yeni sanksiyalar tətbiq edəcəyi gözlənilir. Türkiyənin İrandan neft və qaz almağa davam etməsi və ABŞ-ın buna necə reaksiya verəcəyi Dollar/TL məzənnəsi üçün əhəmiyyəli olacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
-
3 saat əvvəl
Azərbaycanda 2 ayda dövlət xətti ilə 22 milyon manatdan çox ipoteka krediti verilib
-
-
3 saat əvvəl
Azərbaycanda problemli kreditlərin məbləği mütləq ifadədə son bir ildə 17 % artıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
- 5 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bakıya yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
Unibank 5 nominasiya üzrə qalib olub
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
Ən çox oxunanlar
Fevralda ödəniş kartlarının sayı 191 min ədəd artıb
Qanlı Göl yeni layihə əsasında abadlaşacaq
MİDA-da yeni təyinat olub
Ticarət şəbəkələrinin açıq məkanda reklamların yerləşdirilməsi ilə bağlı çətinlikləri var
Bank sektorunda, o cümlədən kreditlərdə cüzi artım olub
2 ayda banklar 190 milyon manata yaxın xalis mənfəət əldə ediblər
Expressbank növbəti ekoloji layihəyə tərəfdaşlıq edib
Bank sektorunda son vəziyyət açıqlandı - YENİ RƏQƏMLƏR
















