"66 min hektara yaxın torpaq sahəsi icarəyə verilib"
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu ilin yanvar-sentyabr ayları ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib.
Komitə sədri Kərəm Həsənov müşavirəni açıq elan edərək qeyd edib ki, əmlak idarəçiliyində də müasir dövrün çağırışlarına uyğun olaraq bu ildə də innovativ layihələr reallaşdırılıb. Belə tədbirlərin icrası zamanı başlıca amil olan qanunçuluq prinsipinin qorunub saxlanması, insan faktorunun önə çəkilməsi, o cümlədən şəffaflığın artırılması, göstərilən xidmətlərin vətəndaşa daha yaxın olmasıdır.
Əmlak idarəçiliyində beynəlxalq təcrübəyə əsaslanan, müasir informasiya kommunikasiya texnologiyalarının tətbiq edildiyi bir çox iri layihələr icra olunur. Bu sahədə önəmli layihələrdən olan Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması uğurla davam etdirilir. Ölkədə torpaq inzibatçılığı və istifadəsi sahəsində daha optimal nəzarətin təmin edilməsi üçün Peyk nəzarət sistemi qurulur. Elektron çıxarış, Elektron hərrac, “Əks zəng”, “Əmlakın qeydiyyatı kalkulyatoru”, “Kadastr kalkulyatoru” kimi tətbiq olunan funksional yeniliklər əmlakın müasir texniki imkanlar əsasında idarə olunmasını mümkün edir. Eləcə də daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı ərizələrin icra müddəti sürətləndirilməklə 1, 3 və 7 iş günü müddətinə endirilib. Komitə beynəlxalq layihələrdə də uğurla çıxış edir. Avropa İttifaqının TAİEX proqramı çərçivəsində Komitənin təqdim etdiyi 4 layihə Avropa İttifaqının keçirdiyi müsabiqədə qəbul edilib. Artıq daşınmaz əmlakla bağlı xidmətlərin vahid məkanda reallaşdırılması məqsədilə yaxın zamanlarda Əmlak Xidmətləri Məkanı da istifadəyə veriləcək. Bu tədbirlərlə yanaşı vətəndaşa keyfiyyətli xidmətin göstərilməsi üçün müasir təfəkkürlü kadrlar işə cəlb olunur, eləcə də könüllülərlə birgə iş prinsipi formalaşdırılır.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 sentyabr tarixli Fərmanı ilə dövlət torpaqların icarəyə verilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı əsasında həyata keçirilir. Bu isə torpaqlardan daha səmərəli və məqsədli şəkildə istifadə edilməsinə, o cümlədən münbit torpaqların yenidən əkin dövriyyəsinə qaytarılması ilə bağlı genişmiqyaslı tədbirlər görülməsinə şərait yaradacaqdır. Kənd təsərrüfatı məqsədi ilə 66 min hektara yaxın torpaq sahəsi icarəyə verilib. Torpaqlardan təyinatına uyğun və səmərəli istifadə ilə bağlı İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən 800-ə yaxın inzibati protokol tərtib edilib. Xəzər dənizinin sahilboyu 20-50 metrlik hissəsinin nəzarəti ilə əlaqədar isə bu rəqəm 78-dir.
Ümumilikdə 25 rayonda torpaqların elektron kadastr uçotuna alınması işləri yekunlaşıb və əldə edilən nəticələr real şəraitdə praktiki istifadə üçün yerli icra hakimiyyətlərinə, aidiyyəti qurumlara elektron formada təhvil verilib. Hesabat dövrü ərzində 600 min hektardan artıq ərazidə irimiqyaslı çöl torpaq tədqiqatı işləri, 1.2 milyon hektara yaxın ərazidə isə çöl geobotaniki tədqiqatı işləri aparılıb.
Dövlət əmlakının səmərəli idarəedilməsi ilə bağlı Dünya Bankının tövsiyələri nəzərə alınmaqla iri dövlət şirkətlərinə dair vahid məlumat bazası formalaşdırılıb. Bu məlumat bazasında kadr uçotu üzrə məlumatlar, maliyyə və mühasibat göstəriciləri, o cümlədən daşınmaz əmlaka dair informasiyalar yer alır. 5000-ə yaxın dövlət müəssisə və təşkilatlarından illik xüsusi hesabatlar elektron qaydada qəbul edilib, sahələr üzrə təhlillər aparılıb.
Cari ilin 9 ayında dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı ümumilikdə 160-dan artıq hərrac keçirilib. Bu dövrdə 500-ə yaxın dövlət əmlakı özəlləşdirilib. Daha iki müəssisə üzrə investisiya müsabiqəsi baş tutub. Dövlət əmlakının özəlləşmə prosesinin sürətləndirilməsinə və şəffaflığın təmin edilməsinə xidmət edən “Özəlləşdirmə portalı”-na cari ilin 9 ayı ərzində 650 minə yaxın baxış olub. Ümumilikdə fəaliyyətə başladığı dövrdən portala baxış sayı 2 milyona yaxındır. İnvestisiya müsabiqələri vasitəsilə özəlləşdirilməsi nəzərdə tutulan və sənaye, səhiyyə, xidmət, turizm kimi sahələri əhatə edən 400-ə yaxın müəssisə haqqında məlumatlar “Özəlləşdirmə portalı”nda yerləşdirilib. Eyni zamanda yerli sahibkarların özəlləşdirmə prosesinə cəlb edilməsi ilə bağlı Azərbaycan Sahibkarlar Konfederasiyasının iştirakı ilə bir neçə rayonda işgüzar forumlar keçirilib.
2018-ci ilin 9 ayı ərzində ölkə üzrə 160 mindən çox daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Komitənin “Kütləvi çıxarış” və “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyaları əhatə dairəsini genişləndirməkdədir. Göstərilən xidmətlərin birbaşa olaraq vətəndaşın ünvanına çatdırılması üçün komitənin müasir texnologiyalarla təchiz olunmuş yeni mobil ofisi fəaliyyətə başlayıb.
Göstərilən elektron xidmətlərin sayı 39-a çatıb. 2018-ci ilin 9 ayında elektron və onlayn xidmətlər vasitəsilə 150 min müraciət daxil olub və cavablandırılıb. Bundan başqa 193 saylı Vahid Çağrı Mərkəzi, Komitənin sosial şəbəkələri və internet resurslarına da onlayn olaraq vətəndaşlar tərəfindən 11 mindən çox müraciət daxil olub və cavablandırılıb.
Müşavirənin sonunda Komitə sədri Kərəm Həsənov qarşıdakı fəaliyyətlə bağlı tapşırıqlarını səsləndirib. Torpaqların mühafizəsinə dövlət nəzarətinin daha da gücləndirilməsi, qanunsuz tikililərin qarşısının alınması, torpaq münasibətlərinin tənzimlənməsinin effektiv aparılması, o cümlədən, torpaqların elektron kadastr uçotu sisteminin təkmilləşdirilməsi, kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyən edilməsi ilə bağlı görülən işlərin sürətlənməsi barədə tapşırıqlarını verib. Eyni zamanda daşınmaz əmlakın qeydiyyatı sahəsində şəffaflığın daha da artırılmasının, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı işlərin davam etdirilməsinin, dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi istiqamətində zəruri işlərin görülməsinin vacibliyini vurğulayıb.
Müştərilərin xəbərləri
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 6 saat sonra
-
7 saat əvvəl
Liviyanın Baş Qərargah rəisi və daha 4 yüksək rütbəli şəxs Ankarada təyyarə qəzasında həlak olub
-
7 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 52 investor əldə edib
- 7 saat əvvəl
-
8 saat əvvəl
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
- 8 saat əvvəl
-
9 saat əvvəl
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
- 11 saat əvvəl
-
13 saat əvvəl
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
“Mercedes-Benz” təxminən 150 milyon dollar cərimə ödəyəcək
Ən çox oxunanlar
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
Ağdamda “Hilton” hoteli istifadəyə verildi
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
Gümüş qiyməti ilk dəfə 70 dollar səviyyəsini keçdi
Misin qiyməti tarixdə ilk dəfə 12 min dolları keçdi
ABŞ-də iqtisadi artım gözləntiləri üstələdi




















