Azərbaycan şirkətlərindən ixrac razılaşmaları
Fransanın Paris şəhərində keçirilmiş “Sial Paris” beynəlxalq ərzaq sərgisi başa çatıb.
İqtisadiyyat Nazirliyindən "Marja"a verilən məlumata görə, "Made in Azerbaijan” brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi, Azərbaycanın Fransadakı Səfirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə 23 Azərbaycan şirkətinin məhsulları "Made in Azerbaijan" vahid ölkə stendində təqdim edilib. Əlvvəlki sərgilərdə olduğu kimi, “Sial Paris”də də Azərbaycan məhsulları keyfiyyət və dadı ilə sərgi ziyarətçiləri və xarici şirkətlər tərəfindən maraqla qarşılanıb.
Sərgi çərçivəsində Azərbaycanın “A+Co” şirkətinin şərab və digər spirtli içkilərinin Norveçə, ”Göygöl şərab zavodu”nun məhsullarının ABŞ, Komboca və Çinə ixracına dair ilkin razılıqlar əldə edilib.
Azərbaycanın “Aznar” və “Agro-Azerinvest” şirkətinin məhsullarının Braziliya, Ukrayna və Almaniyaya, “Tovuz Baltiya” şirkəti isə Yaponiya, İtaliya, Çin, Ruminiya, Komboca şirkətləri ilə məhsullarının ixracına dair danışıqlar aparıb. Bubunla yanaşı, Azərbaycanın “Mars-FK” şirkəti Fransaya 36 ton, Cibutiyə 18 ton, Polşaya həftədə 18 ton, ”Kaslar” şirkəti isə Polşaya 40 ton fındıq ləpəsinin ixracına dair razılıq əldə edib. Yaxın vaxtlarda məhsulların müvafiq ölkələrə ixracına başlanılacaq.
Bundan çaşqa, Azərbaycanın ”Eco-Dry” şirkəti ilə Cibutinin “Al-Camil” şirkəti arasında alma ixracına dair sazişin imzalanması barədə razılığa gəlinib. Meyvə-tərəvəz istehsalı ilə məşğul olan “Azərstar” şirkəti öz məhsullarının Rusiya, İtaliya və Fransaya, “AZ-Granata” şirkəti isə İsrail, ABŞ-a nar şirəsi, İspaniyaya nar şərabı ixracına dair razılıq əldə ediblər.
“Balxurma” şirkəti Fransa, Portuqaliya, Hollandiya, Almaniya, İsveçrə və Ruminyadan olan topdansatış şirkətləri, həmçinin İtaliya, Dubay, Misir və Yaponiyada fəaliyyət göstərən “Horeca” mağazalar şəbəkəsi ilə məhsulların ixracına dair danışıqları davam etdirir.
Qeyd edək ki, bu il dünyanın 109 ölkəsindən 7 mindən şirkətin iştirak etdiyi “Sial Paris” Avropanın ən irimiqyaslı ərzaq məhsulları sərgilərindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 14 d. əvvəl
-
-
30 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Ən çox oxunanlar
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir






.jpg)














.jpg)

