“Azərbaycanda insanlar pensiyaya çıxdıqlarını SMS vasitəsilə öyrənəcəklər”
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə əmək pensiyalarının elektronlaşması, əmək pensiyasının hesablanmasının avtomatlaşdırılması bağlı göstəriş verilib. Həmin tapşırığa uyğun olaraq nazirlik tərəfindən təkliflər hazırlanıb”.
Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Əmək pensiyalar haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.
“Bildiyiniz kimi, ölkədə 2006-cı il yanvarın 1-dən sonra fərdi uçot sistemi tətbiq olunub. Həmin dövrdən indiyədək bütün sığorta haqqı ödəyənlərin uçotu Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilir. Lakin 2006-cı il tarixinə qədər elektron uçot sistemi olmayıb. Vətəndaş pensiya təyinatı ilə bağlı müraciət edərkən pensiya stajlarının təsdiq edilməsi üçün bir sıra sənədlərlə müraciət etməli olurdular və onlar əmək kitabçaları ilə bağlı məlumatı arxivdən çıxararaq gətirirdilər. Bu da uzun müddət çəkirdi, bir çox hallarda əsaslı və əsassız mübahisələrə səbəb olurdu, eyni zamanda sui-istifadə halları da baş verirdi. Təklifimizin mahiyyəti ondan ibarətdir ki, 2006-cı ilin 1 yanvar tarixindən əvvəlki dövrə aid olan 25 il sığorta stajını avtomatik olaraq hamı üçün hesablamaq istəyirik. 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2019-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Bunun nəticəsində biz pensiyaları tam avtomatlaşdırılmış şəkildə təyin etmək imkanına malik olacağıq. Yəni şəxsin pensiya yaşı tamam olduqda onun telefonuna SMS vasitəsilə məlumat göndəriləcək ki, siz pensiya yaşına çatmısınız, müəyyən edilən məbləğ, pensiya kartının hansı ünvandan götürülməsi ilə bağlı məlumat veriləcək. Bununla da pensiyaların tam avtomatlaşdırılmasına nail olmalıyıq. Burada dövlət qulluqçuları və güzəştli şərtlərlə pensiyaya çıxanlarla bağlı istisna var. Çünki onların hesablamaları bir qədər fərqlidir, tam avtomatlaşdırılma mümkün deyil”, - o bildirib.
YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 23 saat sonra
-
27 d. əvvəl
Azercell-in dəstəyi ilə “Azərbaycan Biznes Keys Müsabiqəsi 2026” baş tutub
-
-
36 d. əvvəl
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
- 57 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"VTB (Azərbaycan)" böyüyüb - kredit və depozit portfelləri artıb
-
1 saat əvvəl
Unibank 1-ci rübün maliyyə nəticələrini açıqladı - "Bu il bankımız üçün transformasiya ilidir"
-
2 saat əvvəl
"NEQSOL Holding"in şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
"VTB (Azərbaycan)" böyüyüb - kredit və depozit portfelləri artıb
"AccessBank" 13 milyon manata yaxın xalis mənfəət açıqladı
Ən çox oxunanlar
Unicapital ilə PAŞA Bank səhmlərinə investisiya edin
Aprelin 15-də gözlənilən hava şəraiti
Bank omayan kredit təşkilatı mənfəətdən zərərə keçib





.jpg)







.jpg)







