TANAP və TAP birləşdi
Cənub Qaz Dəhlizinin ən böyük hissəsini təşkil edən Trans Anadolu Təbii Qaz Kəməri (TANAP), dəhlizin Avropa hissəsi olan Trans Adriatik Boru Kəməri (TAP) ilə Türkiyə-Yunanıstan sərhədindəki Meriç çayı sahilində qaynaqlanaraq birləşdirilib.
TANAP və TAP şirkətlərindən verilən məlumata görə, Cənub Qaz Dəhlizində mühüm bir mərhələ də həyata keçirilib.
Dəhlizin ən böyük hissəsini təşkil edən və Türkiyə ərazilərində 20 rayon və 67 rayondan keçərək 1850 kilometr uzunluğa çatan TANAP, Şah Dəniz 2 yatağından Avropaya qaz təminatını təmin edəcək TAP-a birləşdirilib.
İki boru kəmərini birləşdirən "qızıl qaynaq" TANAP və TAP-ın nümayəndələrinin nəzarətində Türkiyə-Yunanıstan sərhədindəki Meriç Çayı sahilində aparılıb.
TANAP-ın ilk hissəsi iyun ayında Türkiyə və Azərbaycan Prezidentlərinin iştirakı ilə istifadəyə verilmişdi.
TANAP-ın nəql gücü 16 milyard kubmetrdir. Qazın 6 milyard kubmetri Türkiyəyə, qalan 10 milyard kubmeti Avropaya nəql ediləcək.
550 kilometri Yunanıstandan, 215 kilometri Albaniyadan, 105 kilometri Adriatik Dənizindən və 8 kilometri İtaliyadan keçəcək və ümumi uzunluğu 878 kilometr olan TAP, TANAP və Cənubi Qafqaz Qaz Kəməri (SCP) ilə Cənub Qaz Dəhlizini təşkil edir.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 1 d. əvvəl
-
- 7 d. əvvəl
- 14 d. əvvəl
-
16 d. əvvəl
“Azərpambıq Aqrar Sənaye Kompleksi”nin ixracı 84%-dən çox artıb
-
20 d. əvvəl
"PAŞA Kapital"ın rəhbərliyi yenidən formalaşdırılıb - İCRAÇI DİREKTOR VƏ MÜAVİNİ TƏYİN EDİLİB
- 34 d. əvvəl
- 41 d. əvvəl
- 44 d. əvvəl
- 48 d. əvvəl
-
48 d. əvvəl
“Azərlotereya” illik 374 milyon manat gəlir, 74 milyon manat xalis mənfəət əldə edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
“Azərbaycan Hava Yolları”nın ixracı 7% azalıb
“Azərpambıq Aqrar Sənaye Kompleksi”nin ixracı 84%-dən çox artıb
“Azəralüminium” ixracını 27% artırıb
“AzerGold”un ixracı 79 milyon dolları keçib
Ən çox oxunanlar
“SOCAR Polymer” dövlət ixracatçıları arasında lider olub
“Azərlotereya” 2025-ci il üzrə maliyyə hesabatını açıqladı
“Azərlotereya” illik 374 milyon manat gəlir, 74 milyon manat xalis mənfəət əldə edib
Rəsmi məzənələr açıqlandı
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
Neftin qiyməti ABŞ-İran razılaşmasına dair bədbinlik və yeni hücumların təsiri ilə yüksəlməkdə davam edib





















.jpg)




