Azərbaycanın götürdüyü qiymət puça çıxdı - NEFT DAHA DA UCUZLAŞDI
Neft qiymətləri, ABŞ-da neft hasilatının, ehtiyatların artması, eyni zamanda Səudiyyə Ərəbistanının da hasilatını artırması ilə əlaqədar olaraq düşməkdə davam edir.
YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!
"Marja" xəbər verir ki, Bakı vaxtı ilə saat 21:15-ə olan məlumata görə, Brent nefti 6,4% ucuzlaşaraq 58.60 dolları, ABŞ xam nefti isə 7% ucuzalaşaraq 50.83 dolları görüb.
Oktyabrın əvvəlindən bəri Brent neftinin qiyməti 32% düşüb. Oktyabrın 3-də Brent neftinin qiyməti 86 dolları kçemişdi.
Qeyd edək ki, Azərbaycan hökuməti gələn ilin dövlət büdcəsi üçün neftin qiymətini 60 dollar götürüb.
"60 DOLLAR RİSKLİDİR" XƏBƏRDARLIĞI EDİLMİŞDİ
İqtisadçılar bildirmişdilər ki, neft bazarında volatilliyin yüksək olduğunu nəzərə aldıqda 2019-cu il üçün Azərbaycan dövlət büdcəsində neftin qiymətinin 60 dollar deyil, aşağı götürülməsi daha məqsədəuyğundur:
"Maliyyə Nazirliyinin hazırladığı gələn ilki büdcə gəlilərimizin 60 faizi neft sektorunun payına düşəcəyini nəzərə alsaq, 60 dollar riskli qiymət kimi xarakterizə oluna bilər. Maliyyə Nazirliyi 2019-cu ildə neft bazarındakı potensial fors-majorlara indidən hazır olmalıdır və bu baxımdan gələn ilki büdcədə neftin qiymətinin 55 dollardan yüksək götürülməsi məqsədə uyğun deyil. Hətta gələn il neftin qiyməti 60 dollardan yüksək olsa da belə il ərzində büdcəyə dəyişiklik etməklə qiyməti optimallaşdırmaq mümkündür.. Buna görə də, büdcə layihəsində neftin qiymətinin 60 dollardan 55 dollara endirilməsi daha arzuolunandır",- iqtisadçı Vüqar Bayramov Facebook səhifəsində yazmışdı.
Tanınmış iqitisadçı-ekspert Samir Əliyev, 2019-cu ilin dövlət büdcəsi layihəsində neftin 1 barelinin qiymətinin 60 dollardan götürülməsinə münasibət bildirərək, “Neftin qiymətinin 60 dollardan götürülməsi risklidir” demişdi.
İqtisadçı bildirmişdi ki, mövcud hadisələr neftin qiymətinin artacağı ehtimalını gücləndirsə də, amma heç kim qiymətin enməyəcəyinə də zəmanət verə bilməz.
“Məncə, 50 dollar daha məqbuldur. Əgər gələn il neftin qiyməti yüksək olarsa, hökumət may ayında büdcəyə dəyişiklik etməklə, qiymətə uyğun xərcləri tənzimləyə bilər. Ona görə 50 dollar daha münasib olardı. Bu, riski azaltmaq üçün vacib idi”.
NEFTİN UCUZLAŞMASININ SƏBƏBLƏRİ
Səudiyyə Ərəbistanının, hasilatının rekord səviyyəyə qalxdığını açıqlaması neft qiymətlərinin növbəti dəfə düşməsinə səbəb olur.
"Marja" xəbər verir ki, Səudiyyə Ərəbistanının energetika naziri Xalid Əl-Falih, Səudiyyənin neft hasilatının gündəlik 10.7 milyon barrelin üzərində olduğunu bildirib. Bu da rekord səviyyələrə işarə edir. Digər tərəfdən, ABŞ-da xam neft ehtiyatları ardıcıl 9-cu həftədə də yüksəlib, bu da 2017-ci ilin Mart ayından bəri ən uzunmüddətli trenddir.
Noyabrın 5-də ABŞ-ın bəzi ölkələri İran sanksiyalarından azad etməsi neft qiymətlərinin düşməsinə təkan vermişdir. 8 ölkə İrandan neft almaqda davam edəcək və İranın ixracı tamamilə dayanmayacaqdır.
ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET
Treyderlər bildirirlər ki, Trampın OPEC və Səudiyyə Ərəbistanına aşağı qiymət üçün təzyiq göstərməyə davam etməsi və ABŞ-da artan ehtiyatlar qiymətlərin düşməsinə səbəb olur. OPEC və tərəfdaşlarının hasilatın azaldılması məsələsində razılığa gəlmələri oyunu dəyişdirə bilər.
Müştərilərin xəbərləri
"PAŞA Həyat" "Chenot Palace Gabala" ilə tərəfdaşlıq çərçivəsində müştərilərin sağlamlığına fokusunu gücləndirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
8 d. əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
-
1 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
5 saat əvvəl
Neft-qaz sektoruna daxil olan malların ixracı 536 milyon dollar azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Ən çox oxunanlar
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək
Bu bank pulunuza illik 12% gəlir təklif edir
Mayın 20-nə olan hava proqnozu - 28° isti gözlənilir







.jpg)





.jpg)




