Hadi Rəcəblidən barəsindəki məlumatlara münasibət: "Mən demişəm ki..."
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli sosial şəbəkələr və mətbuatda barəsində yayılan məlumatlara münasibət bildirib.
O, açıqlamasında deyib ki, parlamentin noyabrın 27-də keçirilən plenar iclasında 2019-cu il üçün yaşayış minimumu ilə bağlı söylədiyi fikirlər təhrif edilib.
H.Rəcəblinin sözlərinə görə, “2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində müəyyən edilib: “Bu da 2018-cil illə müqayisədə 13 manat artıqdır. Bu artım 17 min insanın ünvanlı dövlət sosial yardıma cəlb edilməsinə kömək edəcək. Mən demişəm ki, nəzərdə tutulan məbləğin 13 manat artması yaxşıdır. Deməmişəm ki, 143 manat normal rəqəmdir... Yazılarda rəqəmləri səhv veriblər. Yaşayış minimumu 143 manat həddində müəyyən edilməyib axı, 180 manatdır. Bir daha qeyd edirəm, 143 manat olması nəzərdə tutulan ehtiyac meyarıdır. Mən, hətta yaşayış minimumunun artırılmasını da təklif etmişəm”.
“Biz ehtiyac meyarının ləğv olunmasını istəyirik. Çünki ehtiyac meyarı yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımın təyin edilməsi məqsədi ilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan həddir. Bu, göstərici deyil. Bu təklifimi parlamentin sədri Oqtay Əsədov da bəyənib” - deyə, deputat bildirib.
H.Rəcəbli qeyd edib ki, bir neçə dəfə ölkədə minimum əmək haqqının yaşayış minimumuna çatdırılmasını təklif edib: "Təkliflərim həyata keçərsə, inqilabi dəyişikliklər olar".
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























