Arıçılara subsidiyanın verilməsi barədə qərar qəbul edilib
29 noyabr 2018-ci il tarixində Kənd Təsərrüfatı Nazirliyində Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi üzrə Respublika Komissiyasının sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin sədrliyi ilə arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanın ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib.
Respublika Komissiyasının iclasında arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə dövlət büdcəsinin vəsaiti hesabına 10 manat subsidiyanın verilməsi ilə bağlı 6 rayon kommisiyasından daxil olmuş sənədlərə baxılıb, 159 arıçıya saxladıqları 4532 arı ailəsinə (pətəyə) görə dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə (pətəyə) 10 manat hesabı ilə cəmi 45320 manat məbləğində subsidiyanın verilməsi barədə qərar qəbul edilib.
Rayon (şəhər) üzrə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya veriləcək arıçıların siyahısı, onların saxladıqları arı ailəsinin (pətəyin) miqdarı və hesablanmış subsidiyanın məbəği barədə məlumatlar Nazirliyin rəsmi internet səhifəsinin (http://agro.gov.az) "Subsidiyalar" bölməsində yerləşdiriləcək.
Hazırda arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslər tərəfindən saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanı almaq üçün rayon (şəhər) komissiyalarına müraciətlər daxil olmaqdadar. Rayon (şəhər) komissiyalarından zəruru sənədlər daxil olduqca, Respublika Komissiyasının iclasında arıçılara hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi ilə bağlı həmin sənədlərə baxılacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 8 d. əvvəl
- 58 d. əvvəl
-
1 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 1 saat əvvəl
-
3 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
-
4 saat əvvəl
Dünya səviyyəli robototexnika yarışı ilk dəfə Azərbaycanda keçiriləcək
- 4 saat əvvəl
-
5 saat əvvəl
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
-
5 saat əvvəl
Azerconnect Group NVIDIA-nın süni intellektlə bağlı tədbirində iştirak edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 3 GÜN
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Ən çox oxunanlar
PAŞA Bank: 20 min manatadək sifariş verən investorların sifarişlərinin 100 faiz təmin ediləcəyi ehtimalı yüksəkdir
“AzerGold” QSC-də Kəlbəcərin Söyüdlü (Zod) qızıl yatağı layihəsinin icra vəziyyəti nəzərdən keçirilib
SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində
Türkiyənin ən dəyərli 5 brendi açıqlanıb























