Ən böyük marketlər şəbəkəsi daha bir mağazasını açır
Ölkənin ən böyük marketlər şəbəkəsi olan “Araz” daha bir mağazası ilə müştərilərinə xidmət göstərəcək.
“Siz harada, Araz orada” sloqanına sadiq qalan “Araz” supermarketlər şəbəkəsi dekabrın 6 –dan etibarən Sabunçu qəsəbəsində (Sabunçu bazarı ilə üşbəüz) fəaliyyətə başlayır. Bu barədə "Marja"ya şəbəkədən bildirilib.
1500 kvadrat metrlik sahəsi, 100 -ə yaxın avtomobil üçün geniş və pulsuz dayanacaq yeri, 20 minə yaxın qida və qeyri-qida məhsul çeşidi ilə sakinlərə rahat, əlverişli alış-veriş mühiti yaradır.
Mağazada meyvə və tərəvəz, ət və ət məhsulları, süt və süt məhsulları, qida, gigiyenik vasitələr, məişət avadanlıqları, mətbəx ləvazimatları və digrə bölmələr müştərilərin xidmətinə veriləcək. Həmçinin, “Xonça” un məmulatları bölməsində müxtəlif növ şirniyyatlar və tortlar, hazır yeməklər, isti təndir çörəyi əldə edə biləcəksiniz.
Marketin daxilində “Araz Kafe” fəaliyyət göstərəcək.
Qeyd edək ki, marketin açılışı ilə əlaqədar müştərilər üçün möhtəşəm endirim və hədiyyə kampaniyaları nəzərdə tutulub. Kampaniya dekabrın 12 – dək davam edəcək.
“Araz” supermarketlər şəbəkəsi hər kəsi böyük məmnuniyyətlə, yeni filialının açılışına dəvət edir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
17 san. əvvəl
PAŞA Bankın İPO-sunda kiçik investorların süni sıxışdırılmasının qarşısı alınacaq
- 18 d. əvvəl
-
2 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 2 saat əvvəl
-
8 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
9 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
9 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
9 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
Ən çox oxunanlar
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq





















