Zəmanətlər hesabına sahibkarlara verilən kreditin məbləği açıqlandı
Artıq oktyabr ayından başlayaraq ötən qısa müddətdə İpoteka və Kredit Zəmanət Fondu tərəfindən verilən zəmanətlər hesabına sahibkarlara 17 milyon manat məbləğində kredit ayrılıb.
Bu barədə “Marja”ya Fonddan bildirilib.
Qeyd edilib ki, ötən dövr ərzində Fondun zəmanət və subsidiya mexanizminin tətbiqi üzrə bütün normativ-hüquqi bazası yaradılmış, təşkilati və struktur məsələləri həll edilmiş və 13 bank müvəkkil qismində əməkdaşlığa cəlb olunub: “Hazırda sahibkarların zəmanət və subsidiya alınması ilə bağlı müvəkkil banklara müraciətlərində dinamik artım müşahidə edilir”.
Hazırda Fond tərəfindən sahibkarlıq kreditlərinə çıxış imkanlarının sadələşdirilməsi, kredit almaq istəyən şəxslər üçün bərabər şəraitin yaradılması, müraciətlərə baxılması zamanı şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə zəmanətin və faiz subsidiyasının verilməsi prosesinin avtomatlaşdırılması sistemi yaradılır. Elektron sistemin növbəti ilin ikinci rübündə istifadəyə verilməsi gözlənilir.
Məlum olduğu kimi, ölkədə maliyyə vəsaitlərinə çıxış imkanlarını, kreditlərə zəmanət verilməsi mexanizmlərini yeni iqtisadi əsaslarla daha da təkmilləşdirilməsi və bu sahədə göstərilən xidmətlərin səmərəliliyinin artırılmasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2017-ci il tarixli Fərmanı ilə “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti və “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyəti yenidən təşkil edilərək “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu” (bundan sonra - Fond) qeyri-kommersiya hüquqi şəxsi yaradılmışdır. Eyni Fərmanla Fond tərəfindən sahibkarlıq kreditlərinə zəmanətlərin və faiz subsidiyalarının verilməsini tənzimləyən qaydalar da təsdiq edilmişdir.
Mövcud Qaydalara əsasən zəmanət veriləcək kreditlərin məbləği 30 min manatdan başlayaraq 5 milyon manatadək, bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə isə 10 milyon manatadək təşkil edir. Eyni zamanda, zəmanət verilmiş kreditlərin müddətindən asılı olaraq Fond tərəfindən 8 və 10% miqdarında illik faiz subsidiyası ödənilir.
Mövcud iqtisadi çağırışlar fonunda dövlətin göstərdiyi subsidiya dəstəyi və maliyyə risklərinin dövlət, banklar və sahibkarlar arasında bölüşdürülməsi mexanizminin tətbiq olunması isə real sektorla maliyyə sektoru arasında iqtisadi tarazlığın formalaşmasına və bankların qeyri-neft sektoruna maliyyə axınının güclənlməsinə əlavə imkanlar yaradacağı gözlənilir.
Beynəlxalq təcrübə göstərir ki, kredit zəmanət sxemləri kiçik və orta biznes sahəsində maliyyələşdirməni asanlaşdırır və kredit risklərinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olur. Bu baxımdan zəmanət mexanizmləri uğurla tətbiq olunan dövlətlərin təcrübələri araşdırılır və əməkdaşlığın qurulması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.
Qaydalara uyğun olaraq, qeyri-neft sektorunda fəaliyyət göstərən və bu məhsullara potensial ehtiyacı olan sahibkarların kredit zəmanətləri mexanizmi çərçivəsində dövlətin verdiyi faiz subsidiyasından yararlanmaları üçün müvəkkil banklara kredit sifarişi ilə müraciət etməsi tövsiyə olunur.
Müvəkkil banklar tərəfindən hər bir sahibkarın müraciətinə operativ baxılır, bütün lazımi məsləhət və informasiya dəstəyi göstərilir, tətbiq olunan mexanizmin üstünlükləri və sahibkarların əldə edəcəyi fayda barədə ətraflı məlumatların verilməsi təmin edilir.
Bununla yanaşı, sahibkarlar zəmanət və subsidiya verilməsi qaydaları, tələb olunan sənədlər, müvəkkil bankların siyahısı və digər lazımi məlumatları daha ətraflı Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun rəsmi internet səhifəsindən də əldə edə bilərlər (www.mcgf.az).
Müştərilərin xəbərləri
“Rabitəbank” maliyyə savadlılığı layihəsi çərçivəsində regionlarda sahibkarlığın inkişafına dəstəyini davam etdirir
Birbank və “Bir Kredit” BOKT-dan yeni lizinq imkanı: 0%-dən başlayan ilkin ödənişlə avtomobil əldə edin
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
- 15 d. əvvəl
- 16 d. əvvəl
- 22 d. əvvəl
-
28 d. əvvəl
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 36 d. əvvəl
-
49 d. əvvəl
"Biz elə yerində sayırıq. Neçə ildir ki, bizdə elə bu səviyyədə buğda istehsal olunur"
-
54 d. əvvəl
Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb
- 56 d. əvvəl
-
1 saat əvvəl
"Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 19 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Son 5 il ərzində heyvanların sayında azalma müşahidə olunur. Ət istehsalı istehlakını qarşılaya bilmir"
"Biz elə yerində sayırıq. Neçə ildir ki, bizdə elə bu səviyyədə buğda istehsal olunur"
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir"
Prezidentin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib - TAM VERSİYA
Birbank və “Bir Kredit” BOKT-dan yeni lizinq imkanı: 0%-dən başlayan ilkin ödənişlə avtomobil əldə edin
AFB Bank-da QR kod ilə ödəniş imkanı istifadəyə verildi
ABB-nin yeni istiqrazları ticarətə buraxılır - ŞƏRTLƏR






.jpg)
.jpg)







.jpg)






