Ödəniş kartları üzrə Yeni il kampaniyası
Daim müştərilərinin rifahı və rahatlığını düşünən dövlət bankı Azər Türk Bank Yeni il münasibətilə başladığı kampaniyaları davam etdirməkdədir.
Növbəti kampaniyada plastik kartların əldə edilməsində güzəştlərin tətbiqi nəzərdə tutulmuşdur. Belə ki, 10-28 dekabr tarixləri ərzində müştərilər, dəyərinin yalnız 19 faizini ödəməklə xüsusi imkan və üstünlüklərə malik MasterCard Gold, Visa Gold və MasterCard Platinum, Visa Platinum kartlarına sahib ola biləcəklər.
Məsələn, tarif üzrə qiyməti 50 manat olan bir illik MasterCard Platinum kartını müştəri kampaniya müddətində cəmi 9,5 manat ödəməklə əldə edə biləcəkdir.
Kartın növü | Kampaniya üzrə qiyməti | Tarif üzrə qiyməti |
MC GOLD | 5.70 AZN | 30 AZN |
MC PLATINUM | 9.50 AZN | 50 AZN |
VISA GOLD | 5.70 AZN | 30 AZN |
VISA PLATINUM | 9.50 AZN | 50 AZN |
Bunun üçün Bankın istənilən xidmət ofisinə gələrək şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə, yaxud http://azerturkbank.az/online/card/ ünvanına daxil olaraq onlayn sifariş vermək olar. Sifariş üç iş günü, yaxud təcilidirsə, qəbul olunmuş şərtlər nəzərə alınmaqla, bir gün ərzində yerinə yetirilir.
Qeyd edək ki, MasterCard Platinum və MasterCard Gold sifariş edən müştəri karta, müvafiq olaraq, 1000 və 500 manat və ya bu məbləğ ekvivalentində xarici valyuta mədaxil edərsə, həmin kart müştəriyə hədiyyə olunur.
Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 777 0 945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
-
4 saat əvvəl
Azərbaycanda 2 ayda dövlət xətti ilə 22 milyon manatdan çox ipoteka krediti verilib
-
-
4 saat əvvəl
Azərbaycanda problemli kreditlərin məbləği mütləq ifadədə son bir ildə 17 % artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
- 6 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bakıya yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
Unibank 5 nominasiya üzrə qalib olub
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
Ən çox oxunanlar
Fevralda ödəniş kartlarının sayı 191 min ədəd artıb
Qanlı Göl yeni layihə əsasında abadlaşacaq
MİDA-da yeni təyinat olub
Ticarət şəbəkələrinin açıq məkanda reklamların yerləşdirilməsi ilə bağlı çətinlikləri var
Bank sektorunda, o cümlədən kreditlərdə cüzi artım olub
2 ayda banklar 190 milyon manata yaxın xalis mənfəət əldə ediblər
Expressbank növbəti ekoloji layihəyə tərəfdaşlıq edib
Bank sektorunda son vəziyyət açıqlandı - YENİ RƏQƏMLƏR

















