Daha 3959 arıçıya subsidiya verilməsi barədə qərar qəbul edildi
Kənd Təsərrüfatı Nazirliyində Respublika Komissiyasının sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin sədrliyi ilə arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib.
İclasda 25 rayon komissiyasından daxil olmuş sənədlərə baxılıb, 3959 arıçıya saxladıqları 92664 arı ailəsinə (pətəyə) görə dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə (pətəyə) 10 (on) manat hesabı ilə cəmi 926640,0 manat məbləğində subsidiyanın verilməsi barədə qərarlar qəbul edilib.
İclasda Azərbaycan Arıçılar Assosiasiyasının nümayəndələri də iştirak edib. Rayon (şəhər) komissiyalarından daxil olan sənədlərə baxılması məqsədilə yaradılmış işçi qrupuna Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri ilə yanaşı Azərbaycan Arıçılar Assosiasiyasının təmsilçiləri də daxildir.
Respublika Komissiyasının qərarı ilə subsidiya veriləcək arıçıların və onların arı ailələrinin (pətəklərinin) respublikanın rayonları və şəhərləri üzrə bölgüsü aşağıdakı kimi olub:
Rayon | Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərin sayı (nəfər) | Arı ailələrinin (pətəklərin) sayı (ədəd) | Subsidiyanın məbləği (manat) | |
1 | Ağstafa | 87 | 1436 | 14360 |
2 | Ağsu | 342 | 6127 | 61270 |
3 | Göygöl | 232 | 5600 | 56000 |
4 | Kəlbəcər | 143 | 4955 | 49550 |
5 | Laçın | 66 | 1214 | 12140 |
6 | Lerik | 227 | 4211 | 42110 |
7 | Lənkəran | 44 | 935 | 9350 |
8 | Quba | 274 | 8211 | 82110 |
9 | Qusar | 241 | 5694 | 56940 |
10 | Xocalı | 82 | 1982 | 19820 |
11 | Şəki | 101 | 6474 | 64740 |
12 | şəmkir | 74 | 1199 | 11990 |
13 | Şuşa | 44 | 1086 | 10860 |
14 | Tovuz | 352 | 5182 | 51820 |
15 | Xızı | 40 | 1200 | 12000 |
16 | Yardımlı | 134 | 2885 | 28850 |
17 | Zaqatala | 816 | 20974 | 209740 |
18 | Zərdab | 51 | 800 | 8000 |
19 | Daşkəsən | 86 | 1872 | 18720 |
20 | Gədəbəy | 139 | 1721 | 17210 |
21 | Yevlax | 13 | 149 | 1490 |
22 | Bərdə | 18 | 410 | 4100 |
23 | Tərtər | 201 | 3499 | 34990 |
24 | Astara | 76 | 1793 | 17930 |
25 | Xaçmaz | 76 | 3055 | 30550 |
Yekun: | 3959 | 92664 | 926640 | |
Rayon (şəhər) üzrə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya veriləcək arıçıların siyahısı, onların saxladıqları arı ailəsinin (pətəyin) miqdarı və hesablanmış subsidiyanın məbləği barədə məlumatlar Nazirliyin rəsmi internet səhifəsinin (http://agro.gov.az) "Subsidiyalar" bölməsində yerləşdiriləcək.
Bu günə qədər Respublika Komissiyasının keşirilmiş iclaslarında ölkə üzrə cəmi 8613 arıçya 206479 arı ailəsinə (pətəyə) görə 2 milyon 64 min 790 manat məbləğində subsidiyanın ödənilməsinə dair qərar qəbul edilmişdir.
Hazırda arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslər tərəfindən saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanı almaq üçün rayon (şəhər) komissiyalarına müraciətlər daxil olmaqdadar. Rayon (şəhər) komissiyalarından zəruru sənədlər daxil olduqca, Respublika Komissiyasının iclasında arıçılara hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi ilə bağlı həmin sənədlərə baxılacaq.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 18 saat sonra
-
-
24 d. əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 24 d. əvvəl
- 29 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə yeni sədr müavinləri təyin olunub
-
1 saat əvvəl
“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi
-
1 saat əvvəl
Damazlıq yumurta istehsalına görə subsidiya veriləcək - Azərbaycanda bir ilk
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qazaxıstan taxıl ixracında 13 milyon ton hədəfinə yaxınlaşıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb
Qazaxıstan taxıl ixracında 13 milyon ton hədəfinə yaxınlaşıb
“Express Lombard”da yığıncaq keçiriləcək
ADY və İran Dəmir Yollarının rəhbərliyi Astara Terminalında tikinti işlərinin gedişi ilə tanış olub
“BQ” ASC-nin 100 ədəd səhmini 1 investor əldə edib

























