"Tapşırıqları 84% icra edə bilmişik"
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında (Palata) KPMG şirkətinin Azərbaycan üzrə idarəedici partnyoru Murat Karakasın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüş zamanı cari ildə əldə edilmiş nailiyyətlər və gələcək dövr üçün nəzərdə tutulan məsələlər barədə müzakirələr aparılıb.
Palatanın İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov Palatanın ümumi fəaliyyəti haqqında nümayəndə heyətinə məlumat verdikdən sonra Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanına əsasən təsdiq olunmuş maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsinin icrası istiqamətində Palatanın gördüyü işlərdən danışıb. İ.Alışov vurğulayıb ki, Palatanın otuz altı strateji hədəfinin icra göstəricisi 84% təşkil edir.
Eyni zamanda, İ.Alışov bank sektorunun sağlamlaşdırılması istiqamətində görülən tədbirləri diqqətə çatdırıb və bu baxımdan 7 aprel 2017-ci il tarixli “Banklar haqqında” Qanunun 57-ci maddəsinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.
KPMG şirkətinin Azərbaycan üzrə idarəedici partnyoru Murat Karakas çıxış edərək təmsil etdiyi qurumla Palata arasındakı mövcud əlaqələri yüksək qiymətləndirdiyini və əməkdaşlığın gələcəkdə davam etdirilməsi və daha da genişləndirilməsi istiqamətində hər iki tərəfin səylə çalışacağına ümid etdiyini qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
12 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)















.jpg)

