Qətər Hava Yollarından daha bir mühüm satınalma
Daha öncə International Airlines Group, LATAM Airlines, Air Italy və Cathay Pacific-dən səhm alışı edən Qətər Hava Yolları daha bir mühüm satınalma edib. "Marja" xəbər verir ki, nəhəng hava yolu şirkəti, uçuş şəbəkəsini qlobal miqyasda genişləndirmək və dünyanın ən sürətli böyüyən kommersiya aviasiya bazarına girmək məqsədilə Cənubi Çin Hava Yollarının 5 faiz səhmini satın aldığını açıqlayıb.
Qətər Hava Yollarının İcraçı direktoru Akbar al-Baker, Cənubi Çin Hava Yollarının həm Çinin daxili bazarında, həm də qlobal bazarda böyük bir aktyor olduğunu deyib və əlavə edib:
"Cənubi Çin Hava Yollarının çox böyük potensialı var. Qətər və Cənubi Çin Hava Yolları bir-birini tamamlayan böyük bir qüvvə və vəsaitə malikdir. Həm şirkətlər, həm də müştərilərə böyük fayda verəcək, uzunmüddətli bir iş birliyinin ilk addımlarını atdıq".
Qətər Hava Yolları eyni zamanda International Airlines Group-un 20%, LATAM Airlines Group-un 10%, Air Italy-nin 49 faiz və Honq Konqun Cathay Pacific şirkətinin 9.99 faiz səhminə sahibdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
5 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 4 d. əvvəl
-
1 saat əvvəl
"İran danışıqların ikinci turunda iştirak etməkdən imtina etdi"
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Dizayn dünyasında inqilab: Claude Design
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Ən çox oxunanlar
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı














.jpg)







