Beynəlxalq maliyyə qrupundan Dollar/TL proqnozu
Beynəlxalq maliyyə xidmətləri qrupu "Manulife"ın inkişaf edən bazarlar üzrə stajlı strateqi Riçard Segal "Bloomberg"ə verdiyi açıqlamasında, Dollar/TL məzənnəsinin ilk rübün sonuna və ikinci rübün əvvəlinə doğru 5.20 və ya 5.25 səviyyələrində ola biləcəyini söyləyib.
"Marja" xəbər verir ki, Segal, son vaxtlar məzənnədəki oynaqlığın çoxunun geosiyasi narahatlıqlar ilə bağlı olduğunu bildirib: "Ancaq bunlar ortadan qalxdıqca və xüsusilə də ABŞ və Türkiyə hökuməti arasında münasibətlər inkişaf etdikcə məzənnə sabitləşəcək".
Əhalinin oynaqlıq baş verən zamanlarda ABŞ dolları almasının normal bir şey olduğunu deyən Segal, "Bunun əhali üçün tipik bir şey olduğunu deyə bilərəm. Çünki xüsusən iqtisadi oynaqlıq baş verən dövrlərdə dollara investisiya qoymaq əhali üçün tipik bir şeydir. Türk lirəsini digərləri ilə müqayisə etdiyimiz zaman yaxşı olduğunu düşünürəm. Bu ilin əvvəllərindən çox satış yaşamadı" deyib.
Segal, "Əgər dollar/TL 5.10 səviyyələrinə enərsə, bu vəziyyət müvəqqəti bir hal olacaq. Amma ilk rübün sonuna və ikinci rübün əvvəlinə doğru 5.20 və ya 5.25 olacağını gözləyirik" deyib.
Bakı vaxtı ilə saat 08:45-də Dollar/TL məzənnəsi 5.35 səviyyələrində olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 d. əvvəl
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
-
55 d. əvvəl
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
-
59 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Level Leasing"də yığıncaq keçiriləcək
Ən çox oxunanlar
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi







.jpg)





.jpg)







