Vergidən yayınmaq üçün həkimlərə təhlükəli məsləhətlər verilir
Əmək haqlarının rəsmiləşməsindən çıxış yolu kimi, həkimlərə VÖEN almaq, klinikada kabineti icarəyə götürərək 2% sadələşdirilmiş vergi ödəyicisi kimi xidmət göstərmək təklif olunur.
"Marja"nın məlumatına görə, vergi üzrə ekspert Vəli Əliyev bildirib ki, bu məsləhətə əməl edən həkimlər inzibati və cinayət məsuliyyətinə cəlb oluna bilərlər.
"2019-cu ildən başlayaraq aparılan vergi siyasəti nəticəsində özəl səhiyyə müəssisələrinə nəzarət artırılıb. Nəticədə klinikalar həkimlərlə "ənənəvi" qaydada işləyə bilmirlər. Yəni əmək haqqı rəsmi qaydada verildikdə tibbi xidmətin haqqı da artmış olur ki, bu da pasient itkisi, pasient narazılığı (bahalı tibbi xidmət) ilə nəticələnir. Kimlərsə həkimlərə məsləhət görürlər ki, "ay həkim, get VÖEN al, kabineti isə klinikadan icarəyə götür və rahat 2% vergini ödə və müalicə işini davam etdir". Tibb fəaliyyəti lisenziya tələb olunan fəaliyyətdir. Lisenziya tələb olunan fəaliyyət isə sadələşdirilmiş vergi ödəyicisi ola bilməz. Eyni zamanda həkim kabinet icarəyə götürürsə lisenziya da almalıdır. Lisenziyasız fəaliyyət qanunsuz sahibkarlıq fəaliyyəti hesab olunur və inzibati və cinayət məsuliyyətə səbəb olur".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
12 d. əvvəl
Su Kanal İdarəsinin kollektorları və sahə rəisi "kollektorda ölüm" işinə cəlb ediliblər
- 19 d. əvvəl
-
32 d. əvvəl
Qırmızı Ürəklər Fondu 5 il ərzində minlərlə insanın həyatına toxunub
- 48 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qax və Zaqatalada təsərrüfatlarına zərər dəymiş fermerlərə 22 268 manat sığorta ödənilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Alphabet" şirkəti "Intersect Power"ı 4,75 milyard dollara satın alır
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
"Qızılın və gümüşün bahalaşması yenidən sürətlənəcək, qızıl 5000 dolları, gümüş isə 75 dolları keçəcək"
Qax və Zaqatalada təsərrüfatlarına zərər dəymiş fermerlərə 22 268 manat sığorta ödənilib
"BOA Agency"də növbədənkənar ümumi yığıncağı keçiriləcək
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Elektron siqaretlər qadağan olunur - Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq
Qızılın qiyməti 4 500 dollara yaxın səviyyədə yeni rekord həddə çatıb; ABŞ–Venesuela gərginliyi diqqət mərkəzindədir
Zelenski: Mükəmməl deyil, amma 20 maddəlik sülh planı mövcuddur






















