Gürcüstana köhnə model avtobusula gedib, yeni modeli ilə qayıtdı - İFŞA EDİLDİ
1981-in avtobusu 2001-ci ilin avtobusu edilib.
Köhnə model avtobusla Gürcüstana gedərək bir gün sonra eyni dövlət qeydiyyat nömrə nişanı altında yeni model nəqliyyat vasitəsilə ölkəmizə geri qayıdan həmyerlimizin əməlinin üstü açılıb.
Bu barədə Dövlət Gömrük Komitəsinin açıqlamasında bildirilir.
Məlumatda deyilir ki, komitənin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə bir qrup şəxsin sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə edərək Azərbaycana nəqliyyat vasitələri gətirilməsi barədə məlumat daxil olub. Azərbaycan vətəndaşı Qasımov Şəmsəddinə məxsus "SUMIT DAF EUROLİNES" markalı avtobus gömrükçülər tərəfindən saxlanaraq Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin dayanacağına gətirilib və gömrük baxışı keçirilib. Baxış zamanı avtobusun üzərindəki metal lövhə və ban nömrəsinin kustar üsulla vurulması gömrükçülərdə şübhə yaradıb.
İlkin araşdırma zamanı məlum olub ki, Ş. Qasımov idarə etdiyi 1981-ci il buraxılışlı, ağ "SUMIT DAF EUROLİNES" markalı 00200330 şassi nömrəli 90-ZD-837 dövlət nömrə nişanlı avtobusla Gürcüstana gedərək ona məxsus avtobusu yeni modeli ilə əvəz edib, gömrük-vergi rüsumlardan yayınaraq ağ, bənövşəyi, sarı rəngli 00200330 şassi nömrəli, üzərində 90-ZD-837 dövlət qeydiyyat nömrə nişanı olan avtobusla Azərbaycan ərazisinə sərnişinlərlə birgə qayıdıb.
Daha sonra Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert arayışına əsasən müəyən edilib ki, "SUMIT DAF EUROLİNES" markalı avtobusun ön qapısında vintlə bərkidilmiş metal lövhəcik üzərində olan məlumatlara əsasən təqdim edilmiş nəqliyyat vasitəsi "DAF/VDL" markalı avtobusun 2001-ci il istehsalı olan "SB200" şassi tipidir.
Faktla bağlı araşdırma aparılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
9 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 9 saat əvvəl
-
10 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək

























