"VTB (Azərbaycan) tələblərə tam cavab verir"
Ötən ili 250 milyon 478 min manat xalis zərər ilə başa vurmuş Bank VTB (Azərbaycan) Maliyyə Bazarlarına Nəzarət Palatasının normativlərinə tam cavab verir.
HƏMÇİNİN OXU: Ən böyük zərərdə olan Bank məlum oldu
“Marja” xəbər verir ki, bu, Bankın yaydığı açıqlamada bildirilir.
Açıqlamada qeyd edilib ki, 1 yanvar 2019-cu il tarixinə bankın kapitalı 53,19 mln manat olub. Bankda kapitalın adekvatlıq əmsalları normativ tələbləri (5% və 10% müvafiq olaraq) xeyli üstələyərək 38,58% və 39,11% təşkil edib.
Bankın əsasən yüksək likvidli alətlər, o cümlədən AR MB-nin qısamüddətli notları və depozitlərləri, həmçinin müxbir hesablardakı qalıqlar ilə təmsil olunmuş aktivləri 135,3 mln. manat təşkil edib. Ani likvidlik əmsalı 30%-lik normativi xeyli üstələyərək 144% olub. Bank tərəfindən kredit portfeli üçün yaradılan ehtiyatlar 218,8 mln manat təşkil edib. Məcburi normativlərə riayət edilərkən kredit portfeli üçün ehtiyatların yaradılmış olması bankın etibarlılığının təsdiqidir və ona olan güvənin möhkəmləndirilməsinə xidmət göstərir.
Ötən rüblə müqayisədə bankın faiz gəliri 24% artaraq 7,8 mln manat olub.
2018-ci ilin dördüncü rübün nəticələrinə görə, Bank VTB (Azərbaycan)-ın depozit portfeli 18% artaraq 58,7 mln manat təşkil edib.
Hesabat dövrü ərzində bankın müştərilərinin sayı 31 430 çatıb. Kart hesablarının sayı 12,5% artaraq 10 560 olub.
Açıqlamada bildirilir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının cari ildə qüvvəyə minəcək yeni normativlərinə əsasən, VTB (Azərbaycan) əsas göstəricilər üzrə requlyatorun tələblərinə tam cavab verir.
“Biz həm korporativ, həm də pərakəndə biznes üçün nəzərdə tutulan xidmətləri təkmilləşdirməyə davam etmək niyyətindəyik. Fəaliyyətimizin əsas diqqəti korporativ və SME müştərilərinə istiqamətlənib. Bu sahədə prioritet istiqamətlərdən biri Rusiya və digər MDB ölkələri ilə çalışan müştərilərdir. Rusiya bankı olaraq biz Azərbaycan və Rusiya arasında ticari-iqtisadi əlaqələrin inkişafına dəstək olacaq məhsul və xidmətlərin tətbiqinə davam edəcəyik. Biz həmçinin əhaliyə istehlak və ipoteka kreditləri, plastik kartlar üzrə xidmətlər göstərib, eləcə də məsafəli bank xidmətləri imkanlarını genişləndirəcəyik”- deyə bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yevgeni Kirin bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
15 d. əvvəl
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
- 23 d. əvvəl
- 34 d. əvvəl
-
- 38 d. əvvəl
- 38 d. əvvəl
-
49 d. əvvəl
Elektrik enerjisi və təbii qaz üçün sabit tariflər müəyyənləşdi - 1 yanvarda qüvvəyə minir
-
1 saat əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
-
1 saat əvvəl
Birləşmiş Krallıq və Lüksemburq "Azərkosmos"un xidmətlərindən istifadə edir
-
1 saat əvvəl
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 1 saat əvvəl
Son Xəbərlər
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!
Azərbaycanda Aİ-92 markalı benzin və dizel bahalaşdı
Elektrik enerjisi və təbii qaz üçün sabit tariflər müəyyənləşdi - 1 yanvarda qüvvəyə minir
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
Ən çox oxunanlar
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO
Azərbaycanda Vakansiyalar - Azvak.az





















