"Bolkart"dan SUPER YENİLİKLƏR
(®) 40 gün GÜZƏŞT MÜDDƏTİ, 45%-dək BAL, 50% NAĞDLAŞDIRMA!
Müştəri məmnuniyyətini əsas tutaraq göstərdiyi xidmət və təqdim etdiyi məhsulları ilə hər zaman sevilən Bank of Baku, Bolkart kredit kart istifadəçiləri üçün növbəti SUPER YENİLİKLƏRə imza atır.
Ölkənin ilk taksit kartı adını illərdir qoruyan Bolkartın təqdim etdiyi bu yeniliklər sayəsində müştərilər xərclədikcə daha çox qazanacaq, qazandıqca daha çox sevinəcək.
SUPER YENİLİK 1: 40 gün GÜZƏŞT MÜDDƏTİ!
Müştərilərinin tələb və istəklərinə hər zaman önəm verən Bank of Baku, Bolkart kredit kart sahiblərinə 40 gün güzəşt müddəti üstünlüyünü yenidən təqdim edir. Belə ki, indi Bolkart kredit kart sahibləri istifadə etdikləri məbləği 40 gün ərzində faizsiz ödəyə biləcəklər. Yəni, güzəşt müddətində (Grace period) kredit borcunu tam bağlayaraq əlavə faizlərdən azad olacaqlar.
Güzəşt müddəti Bolkart sahiblərinə partnyor olmayan mağazalarda da FAİZSİZ ödəmə imkanı verəcək. Yəni, müştərilər istər Bank of Baku, istərsə də qeyri bankın POS-terminalından etdikləri alış-verişin xərcini 40 gün ərzində üzərinə heç bir faiz gəlmədən qaytara biləcəklər.
Müştərilər, həmçinin Bolkart kredit kartlarından nağdlaşdırdıqları məbləği də 40 gün ərzində faizsiz ödəyə biləcəklər.
SUPER YENİLİK 2: 45%-dək BAL!
Artıq uzun müddətdir ki, bu üstünlük sayəsində Bolkartlılar etdikləri alış-veriş və digər əməliyyatlara görə 45%-dək BAL qazanırlar. Qeyd edək ki, 1 BAL = 1 AZN olaraq qiymətləndirilir. Müştərilər kart balansında toplanan BAL-larla pulsuz alış-veriş edə bilərlər.
SUPER YENİLİK 3: 50% NAĞDLAŞDIRMA!
Üçüncü və ən mühüm yeniliklərdən biri isə müştərilərin çoxunun ürəyindən xəbər verəcək. Belə ki, Bank of Baku Bolkart kredit kartları üzrə nağdlaşdırma limitini 25%-dən 50%-ə qaldırdı. Tətbiq olunan yenilik sayəsində indi Bolkart kredit kart sahibləri kart balansının 50%-dək hissəsini nağdlaşdıracaqlar. Yəni, əgər Bolkart kredit kartınızda 1000 AZN varsa, siz həmin məbləğin 500 AZN-dək hissəsini nağdlaşdıra bilərsiniz.
Xatırladaq ki, müştərilər nağdlaşdırdıqları məbləği 40 gün güzəşt müddəti ərzində əlavə faiz olmadan ödəyə bilərlər.
Qeyd edək ki, ölkənin ən böyük partnyor şəbəkəsinə sahib Bolkartın təqdim etdiyi yeniliklərdən faydalanmaq istəyən şəxslər Bank of Baku-nun istənilən filialına yaxınlaşa (ünvanlar - https://goo.gl/WWSUpa), 145 Məlumat Mərkəzi ilə əlaqə saxlaya və yaxud da onlayn Bolkart sifarişi bölməsindən - https://goo.gl/gz7NhP Bolkart Gənc, Bolkart Ailə, Bolkart Business, Bolkart Gold, Bolkart Diamond kartlarını sifariş edə bilərlər.
Alış-veriş həvəskarlarının sevimlisi olan Bolkartın yenilikləri və ya kampaniyaları haqqında daha ətraflı məlumat üçün www.bolkart.az saytına daxil ola, eləcə də Bolkartın rəsmi facebook səhifəsini - www.facebook.com/Bolkart izləyə və ya Bankın 145 Məlumat Mərkəzinə zəng edə bilərsiniz.
Müştərilərin xəbərləri
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 6 saat sonra
-
7 saat əvvəl
Liviyanın Baş Qərargah rəisi və daha 4 yüksək rütbəli şəxs Ankarada təyyarə qəzasında həlak olub
-
8 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 52 investor əldə edib
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
- 9 saat əvvəl
-
10 saat əvvəl
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
- 12 saat əvvəl
-
14 saat əvvəl
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
“Mercedes-Benz” təxminən 150 milyon dollar cərimə ödəyəcək
Ən çox oxunanlar
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
Ağdamda “Hilton” hoteli istifadəyə verildi
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
Gümüş qiyməti ilk dəfə 70 dollar səviyyəsini keçdi
Misin qiyməti tarixdə ilk dəfə 12 min dolları keçdi
ABŞ-də iqtisadi artım gözləntiləri üstələdi




















