Beynəlxalq Bankdan daha bir yenilik - UnionPay kartları!
(®) Azərbaycan Beynəlxalq Bankı əməliyyat həcmlərinə görə dünyanın ən nəhəng beynəlxalq kart təşkilatı olan UnionPay beynəlxalq kart təşkilatının kartlarının emissiyasına başlayıb.
Bankın müştərilərinə təklif etdiyi UnionPay Classic, UnionPay Gold, UnionPay Platinum kartlarını buradan onlayn qaydada, yaxud bankın filial və şöbələrində sifariş vermək olar. UnionPay kartı hesablarını həm manat, həm də ABŞ dollarında açdırmaq mümkündür. Kart debet və kredit rejimlərində işləyir.
Geniş istifadə şəbəkəsi, əməliyyatların yüksək keyfiyyəti, effektivliyi, ən əsası isə çox güclü beynəlxalq təhlükəsizlik sisteminə malik olması UnionPay kartlarının əsas üstünlüklərindəndir. 2002-ci ildə Çin Dövlət Şurası və "Çin Xalq Bank"ı tərəfindən təsis edilmiş "UnionPay International" şirkəti emissiya etdiyi kartların sayına və kartlar üzrə tranzaksiyaların həcminə görə dünya lideridir. UnionPay hazırda 174 ölkədə xidmət göstərir, kartlarının ümumi sayı 7 milyarddan artıqdır. UnionPay kartlarından dünyanın müxtəlif ölkələrindəki 52 milyondan çox ticarət və xidmət məkanında 2.6 milyondan çox ATM-də, eləcə də onlayn alış-verişlərdə maneəsiz istifadə etmək olar.
Kart bir çox məkanlarda ödənişlər zamanı öz sahibinə endirimlər qazandırır. Bu kartın sahibləri həm UnionPay-in, həm də Azərbaycan Beynəlxalq Bankının yaratdığı güzəşt imkanlarından faydalana bilərlər. Məsələn, “Qayğıkeş” klubu çərçivəsində bankla tərəfdaşlıq edən alış-veriş məkanlarında ödənişləri UnionPay kartları və Azərbaycan Beynəlxalq Bankının POS terminalları vasitəsilə aparan zaman ödənilmiş məbləğin 40%-dək hissəsi elə yerindəcə müştərinin kart hesabına geri qayıdacaq. Bundan başqa, bu kartla xaricdə edilmiş alış-verişlər üzrə vergi ödənişləri Tax Free sahəsində qlobal kompaniya olan “Global Blue” ilə tərəfdaşlıq çərçivəsində kart sahibinin hesabına daha təhlükəsiz və daha sürətli qaydada geri qayıdır. Əlavə olaraq UnionPay kart sahibləri mütəmadi olaraq keçirilən kampaniyalar çərçivəsində dünyanın bir çox hava limanlarının “Duty free” alış-veriş zonasında xüsusi endirimlər əldə edə bilərlər. Eyni zamanda premial UnionPay kart sahiblərinin “Global concierge”, “Global assistance” kimi bir sıra beynəlxalq xidmətlərdən yararlanmaq imkanı var. Bütün qeyd olunanlar barədə daha ətraflı məlumat əldə etmək üçün “UnionPay International” mobil tətbiqini yükləmək kifayət edir.
Azərbaycan Beynəlxalq Bankı hazırda ən çox sayda beynəlxalq ödəniş sistemləri ilə əməkdaşlıq edən Azərbaycan bankıdır. UnionPay, VISA, Mastercard, American Express, Diners Club, JCB kimi beynəlxalq ödəniş sistemləri ilə gerçəkləşdirdiyi müştərək layihələr sayəsində bank müştərilərinə dünyanın hər bir yerində faydalana biləcəkləri geniş çeşidli kart məhsulları və özəl üstünlüklər təqdim edir. Elektron xidmət infrastrukturunu inkişaf etdirməklə Azərbaycan Beynəlxalq Bankı ölkəmizdə nağdsız ödənişlərin genişlənməsinə töhfə verməyə çalışır.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
9 d. əvvəl
Hər 20 litr Aİ-92 benzin və ya 10 litr dizel 1 manat baha başa gələcək
-
29 d. əvvəl
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
- 37 d. əvvəl
-
- 48 d. əvvəl
- 52 d. əvvəl
- 52 d. əvvəl
-
1 saat əvvəl
Elektrik enerjisi və təbii qaz üçün sabit tariflər müəyyənləşdi - 1 yanvarda qüvvəyə minir
-
1 saat əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
-
1 saat əvvəl
Birləşmiş Krallıq və Lüksemburq "Azərkosmos"un xidmətlərindən istifadə edir
-
2 saat əvvəl
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
Son Xəbərlər
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
Ən çox oxunanlar
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO
Azərbaycanda Vakansiyalar - Azvak.az
























