1 milyon km yürüş etmiş Elantranın sahibi ilə müsahibə
Bir neçə gündür #probeg və #myHyundai həştəqi ilə başlanmış paylaşıma nöqtə qoyan şəxs Piriyev Sarvan Mahmud oğlunu axtarışımız uzun çəkmədi. Artıq 100 minlərlə insan onu tanıyır. Onu məşhur edən 1 milyon kilometr yürüşü olan Elantra-sıdır.
Sarvan bəy bütün taksi sürücüləri kimi maraqlı həmsöhbətdir. Avtomobilindən danışmağı, xüsusilə ona necə qulluq etməsi barədə həvəslə söhbət etməyi çox sevir. Dediyinə görə, videonu çəkməyə onu müştərisi həvəsləndirib. Əlində telefonla oynayan cavan oğlan maraq xatirinə ondan maşınının nə qədər getdiyini soruşub. Sarvan Piriyev cavabında “1 milyon” deyib. Müştərisi aldığı cavaba həmin dəqiqə inanmayıb.
“Nə Facebook nə də İnstagram işlədən deyiləm. Elə ordaca profildi nədi onnan açdı, dedi ki, “ağsaqqal vsyo sən məşur oldun”. Heç nə. Mən də çəkdim paylaşdım. Hardan bilim ki, səsi-küyü bu qədər yayılacaq”,- Sarvan Piriyev bildirdi.
Açığı mən özüm də kənardan bu Hyundai Elantra markalı avtomobilin bu məsafə qət eləmiş olmasına inanmadım. Nə gizlədim yaxından da 1 milyon məsafə qət etmiş maşına oxşatmaq mümkün deyil. Hərəkət halında belə maşın özünü çox "gümrah" göstərir.
Ondan, “Bunu necə edibsiniz?”-deyə soruşdum. Sarvan bəy gülümsündü və “sürə-sürə” cavabını eşidəndə anladım ki, müsahibəm çox maraqlı keçəcək.
“Mən ehtiyyatda olan zabitəm. 1993-cü ildə könüllü olaraq ordu sıralarında xidmət etmişəm. 1995-ci ildə yaralanandan sonra ordudan təxlis olunmuşam. 2-ci qrup Qarabağ əliliyəm. Ordu nizam-intizam üzərində qurulub. Mən də maşına intizamlı yanaşıram. Yağını, filterini vaxtında dəyişmişəm. Həmişə orijinal ehtiyyat hissələrindən isitfadə eləmişəm. Maşın təkcə mənim çörək ağacım deyil, həm də yol yoldaşımdı, dostumdur. Həmişə çalışmışam ki, məni darda qoymasın. Şükür Allaha hələki narazı deyiləm.”
“Sürücülər diqqətli olmalıdırlar”- deyir Sarvan bəy.
O, sözlərinə belə davam etdi: “Maşın elə də qəliz texnika deyil. Bilməyən soruşa bilər, lap soruşmağa adam olmasa elə kitabçası belə ona qulluqdan ötrü lazım olan məlumatı verir. Knişkada (red. zəmanət kitabçasını nəzərdə tutur) yazılıb ki, 95 vurmalısan, deməli 95 də vurmaq lazımdır. Yağı nə vaxt dəyişməlisənsə o vaxt da dəyişmək lazımdır. Bir də gərək xəsislik eləmiyəsən. Lazım olanı, zavod məsləhət görəni istifadə edəsən. Çox vaxt adamlar təmir zamanı ucuza qaçırlar. Heç vaxt qiymətə baxmamışam. Ancaq keyfiyyətə baxıb, əmin olub istifadə eləmişəm maşın üçün. Yoxsa ki, alırlar maşını 100 000 getməmiş deyirlər ki, maşın tökülür. Tökülər də. Sən yağı vaxtında dəyişmə, ya da lazım olanın yerinə podorginal qoy. Başqa necə olmalıdır ki, belə olanda maşın da tökülər, sənin də xərcin bitməz axı qardaş. Mən Ali təhsilli adamam. Texniki Universitetin Maşınqayırma fakultəsini bitirmişəm. İstehsalçı nə deyirsə əməl eləmək lazımdır.”
Bax belə, ölkəmizin zəhmətkeş və maraqlı insanları ilə tanış olmaq adamın gününü daha da məhsuldar edir. Maşından düşəndə dedi ki, onun ayağı yüngüldür. Gün sona çatdıqda Sarvan bəyin doğru dediyinə əmin oldum.
© Müşviq Səfərəliyev, Marja.az
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 6 d. əvvəl
-
-
1 saat əvvəl
“AQA”nın kredit təşkilatı 3 milyon 124 min manat xalis mənfəət açıqlayıb
-
3 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
4 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 5 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
1 gün əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
Ən çox oxunanlar
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır













.jpg)



.jpg)








