“İndiki halda pensiya yaşının artırılmasına ehtiyac duyulmur”
Təklif edilən pensiya islahatlarında təqdir etdiyimiz və eləcə də məqbul hesab etmədiyimiz məqamlar var. Bunu İqtisadçı Vüqar Bayramov bildirib.
“Əvvəlla, CESD-nin bir neçə təklifi bu islahatda yer alıb və təbii ki, bu da təqdir ediləndir. Bunlardan biri, uzun zaman müzakirə etdiyimiz 12 illik iş təcrübəsinin ləğv edilməsidir. Belə ki, mövcud qaydalara əsasən əmək pensiyası almaq üçün 12 il işləmək lazımdır. Amma elə vətəndaşlarımız var ki, 4-5 il işləyirlər və yüksək əmək haqqı alaraq limitdən artıq çalışan bir sıra vətəndaşlarımız ilə müqayisədə daha çox sosial ödəniş edirlər. Amma buna rəğmən onlar əmək pensiyasından yararlana bilmirdilər. Bu baxımdan, biz əmək pensiyasını müddətə deyil, ödənişə korrelasiya edilməsini təklif edirdik və bu da qəbul olunub.
İkinci məqam, ABŞ-da olduğu kimi əmək pensiyasına çıxışın yaşa görə deyil, ödənişlərə görə müəyyənləşməsidir. Bu o deməkdir ki, əgər vətəndaş müəyyənləşdirilmiş minimumdan artıq ödəniş edibsə o zaman hətta pensiya yaşı çatmasa da belə əmək pensiyasına müraciət edib, ala bilər. Yəni, bu zaman çox ödəniş edənlərin yaşa görə pensiya üçün müəyyənləşdirilmiş yaş limitini gözləməsinə ehtiyac qalmayacaq.
Təbii ki, məqbul hesab etmədiyimiz məqam pensiya yaşının artırılması ilə bağlıdır. İndiki halda pensiya yaşının artırılmasına ehtiyac duyulmur. Çünki orta ömür müddəti mövcud yaş sezinin dəyişdirilməsinə stimul yaratmır. Pensiya yaşının artırılması xüsusən də gələcəkdə pensiya yaşı tamam olacaq xanımların sosial müdafiəsi baxımdan arzuolunan deyil. Onların pensiya yaşında sosial dəstəyə daha çox ehtiyacları var. Eləcə də, pensiya yaşının artırılması dövlət büdcəsi üçün heç də ciddi qənaət deyil. Sosial sferada struktur islahatları və o cümlədən saxta əlillik pensiyasılarının ləğvi nəticəsində pensiya yaşını dəyişmədən hədəflənən qənaəti əldə etmək mümkündür”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


























