Azərbaycan şirkətləri Dubayda yeni müştərilər tapdılar
Məlumat veridiyi kimi, “Made in Azerbaijan” brendinin təşviqi, istehsalın və ixracın stimullaşdırılması məqsədilə Azərbaycan məhsulları Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Gulfood 2019” beynəlxalq qida sərgisində nümayiş olunur.
İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə qida sənayesi sahəsində fəaliyyət göstərən 21 Azərbaycan şirkəti öz məhsullarını vahid ölkə stendində təqdim edir.
Artıq sərgi çərçivəsində Azərbaycanda istehsal olunan məhsulların ixracına dair razılıqlar əldə olunub.
Belə ki, “Babək Sirab” şirkəti Səudiyyə Ərəbistanı, “Gədəbəy Mineral Suları” şirkəti isə Oman, BƏƏ və Hindistandan olan şirkətlərlə qazsız suların ixracına dair ilkin razılığa gəliblər. “Eco Dry” şirkətinin Oman və BƏƏ şirkətləri ilə meyvə qurularının ixracına dair apardığı danışıqlar da razılıqla nəticələnib.
“Delta” şirkəti bir sıra Afrika ölkələrinə məhsulların satışına dair distribütor şirkətlə razılıq əldə edib.
Bundan başqa, “Crispa snacks” şirkəti Hindistan, İraq və BƏƏ şirkətləri, ”Aznar” və “Azersun” şirkətləri isə BƏƏ və Hindistan şirkətləri ilə, “APİAZ” şirkəti BƏƏ və Küveytdən olan sahibkarlarla, ”Balxurma” şirkəti isə Argentina, Səudiyyə Ərəbistanı, BƏƏ və Hindistandan olan şirkətlərlə ixraca dair müzakirələr aparıb.
Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və İraqdan olan şirkətlərin “Şirin” şirkətinin məhsullarina marağı böyük olub. “Atena” şirkəti məhsullarının Liviyaya, “Tac” və “Ayan” şirkətləri BƏƏ şirkəti ilə nar limonadının ixracına dair danışıqlar aparıb.
“CanPa” şirkəti BƏƏ-dən olan şirkətlə məhsulların satışına dair razılıq əldə edib, yaxın günlərdə qənnadı məhsullarının ixracına başlanılacaq.
“Gulfood 2019” beynəlxalq qida sərgisi fevralın 21-də başa çatacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
6 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
7 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

















.jpg)









