Avropa bankları Azərbaycanda nəhəng layihəni maliyyələşdirəcəklər
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyanın “Danieli & C. Officine Meccaniche S.p.A” şirkətinin idarə heyətinin rəhbəri və baş icraçı direktoru Gianpietro Benedettini qəbul edib.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Gianpietro Benedetti Azərbaycanda metallurgiya sənayesi ilə bağlı planlaşdırılan birgə layihələr barədə Prezident İlham Əliyevə məlumat verib.
Qonaq bildirib ki, bu layihələrin həyata keçirilməsi nəticəsində Sumqayıt şəhərində 5 iri metallurgiya zavodunu özündə birləşdirən nəhəng metallurgiya klasteri yaranacaq. Bu klasterlərin yaranması Daşkəsən filizsaflaşdırma müəssisəsinin də tam gücü ilə işləməsinə şərait yaradacaq və Azərbaycanda metallurgiyanın xammaldan tutmuş müxtəlif çeşidli ən son məhsullara qədər vahid dəyər zəncirinin yaranmasını təmin edəcək. Gianpietro Benedetti onu da bildirib ki, bütün bu layihələrin özəl investisiya olaraq investorlar və Avropanın aidiyyatı bankları tərəfindən mailiyyəşdirilməsi nəzərdə tutulur.
Azərbaycanda sahibkarlar üçün gözəl şəraitin mövcud olduğunu deyən dövlət başçısı ölkəmizin xarici investorların cəlb edilməsində maraqlı olduğunu bildirib. Prezident İlham Əliyev investorların və bütün sahibkarların maraqlarının qorunması üçün zəruri tədbirlərin dövlət tərəfindən bundan sonra da görüləcəyini deyib.
Danieli şirkəti metalemalı sənayesi üçün avadanlıq və qurğuların istehsalçısıdır və böyüklüyünə görə dünyada üçüncüdür. Şirkət İtaliya, Almaniya, Avstriya, İsveçrə, Tailand, Çin, Hindistan və Rusiyada səkkiz zavodu var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 7 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur














.jpg)





.jpg)
