"Dünya Bankından kredit cəlb etməyi planlaşdırırıq"
“Azərbaycan Dəmir Yolları” QSC Bakı-Astara (İran sərhədi) dəmir yolunun yenidənqurulmasına Dünya Bankından kredit cəlb etməyi planlaşdırır.
Bu barədə QSC-nin sədri Cavid Qurbanov deyib.
“Bakı-Astara dəmir yolunun yenidənqurulması məqsədilə Dünya Bankına müraciət etmişik. Bundan əlavə, bu layihənin icrasına Azərbaycan prezidenti tərəfindən də maliyyə ayrılıb. Bütün bu vəsait əsasında 243 km uzunluğunda dəmir yolunun yenidən qurulmasını və bir xəttdən iki xəttə çevrilməsini, elektikləşdirilməsini, xəbərdarlıq və rabitə sistemini yeniləməyi planlaşdırırıq”, - C.Qurbanov cümə günü jurnalistlərə bildirib.
Onun sözlərinə görə, hazırda xarici şirkətlərlə Lənkəran rayonu ərazisində dəniz kənarı boyu Bakı-Astara dəmir yolunun yeni hissəsinin layihələndirilmə işləri aparılır.
“Yeni yolun salınması məqsədilə torpaqların satın alınması məsələləri artıq başa çatıb. 2019-cu ildə layihələndirmə işlərinin başa çatmasını gözləyirik. Gələn ilsən bu yolun maliyyələşdirilməsi və tikintisi ilə bağlı işlərin icrasına başlanacaq”, - C.Qurbanov qeyd edib.
“Bəli, bu layihənin biz tərəfindən maliyyələşdirilməsi təklifi daxil olub. Lakin müzakirələr hələlik ilkin mərhələdədir”, - Dünya Bankının Bakıdakı nümayəndəliyindən məlumat verilir.
C.Qurbanov həmçinin qeyd edib ki, ADY 2019-cu ilin yayında Bakı-Yalama (RF ilə sərhəd) dəmir yolunun yenidənqurulmasına başlamağı planlaşdırır.
Xəbəır verildiyi kimi, Asiya İnkişaf Bankı (AİB) Azərbaycana dəmir yolları sısteminin inkişafına 400 mln. dollar məbləğində kreditin ayrılmasını təsdiq edib. Kredit vəsaitləri hesabına “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin idarəetmə sisteminin gücləndirilməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi, cəmiyyətin maliyyə aktivliyinin artırılması, ADY-nin yeni korporativ qurumunun yaradılması, eləcə də Bakıdan Rusiya sərhədinə qədər dəmir yolu infrastrukturunun modernləşdirilməsi nəzərdə tutulur.
Bakı–Yalama dəmir yolu Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsidir. Bu dəhliz ilə iri həmcdə yüklərin daşınması gözləntilərini nəzərə alaraq, Azərbaycan hökuməti Bakı-Yalama və Bakı-Astara (İran sərhədi) dəmir yolllarının yenidənqurulmasını həyata keçriməyi qərara alıb.
Şimal-Cənub nəqliyyat dəhlizi Çimali Avropanı Cənub-Şərqi Asiya ilə, həmçinin Azərbaycan, İran və Rusiyanın dəmir yollarının birləşdirilməsinə xidmət edir. İlkin mərhələdə bu dəhliz ilə illik 5 mln. ton, gələcəkdə - 10- mln. tondan artıq yük nəqli planlaşdırılır.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN
® “İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
9 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)




.jpg)








