“Atəşgah Sığorta” zərərdən çıxa bilmədi
“Atəşgah Sığorta Şirkəti” ASC ardıcıl 2 ildir zərər edir. Şirkət 2018-ci ili 770 min 375 manat zərər ilə başa vurub. “Atəşgah Sığorta Şirkəti” 2017-ci ili 1 milyon 27 min manat zərər ilə bağlamışdı.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
“Marja” Şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il “Atəşgah Sığorta”nın cəmi gəlirləri 40 milyon 964 min manat, cəmi xərcləri isə 41 milyon 734 min manat təşkil edib. Nəticədə Şirkətin 770 min 375 manatlıq zərəri yaranıb.
Müqayisə üçün qeyd edək ki, 2017-ci ildə “Atəşgah Sığorta”nın cəmi gəlirləri 39 milyon 572 min manat, cəmi xərcləri isə 40 milyon 599 min manat təşkil etmişdi.
YIĞIMLARI AZALIB, ÖDƏNİŞLƏRİ ARTIB
İllik müqayisədə şirkətin topladığı sığorta haqları 38 milyon 956 min manatdan 36 milyon 832 min manata geriləyib, sığorta ödənişləri isə 17 milyon 399 min manatdan 20 milyon 82 min manata yüksəlib.
İcbari avtomobil sığortası üzrə zərərliliyin artması sığorta şirkətlərini qazancdan məhrum edir. Şirkətlərin maliyyə hesabatlarından məlum olur ki, 2018-ci ildə icbari avtomobil sığortası üzrə xərclər daha da artıb. Sığorta şirkətlərinin rəhbərləri Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə tariflərin artırılmasını vacib hesab edirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 d. əvvəl
Aşağı büdcəli aviaşirkət Daşkənddən Bakı və Gəncəyə uçuşlara başlayıb
-
- 13 d. əvvəl
-
22 d. əvvəl
İlham Əliyev “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edib
-
25 d. əvvəl
ABŞ Dövlət katibinin iqtisadi məsələləri üzrə köməkçisi Azərbaycanda səfərdədir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
Mülki Aviasiya İşçilərinə ÖZƏL KREDİT TƏKLİFİ
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Neft 2 faizdən çox bahalaşıb
Ən çox oxunanlar
Qlobal bazarlar Trampın qərarını gözləyir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 12 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir






















