"Dentons": “AccessBank” ikinci ən iri əqdə imza atıb
"AccessBank"ın kapitallaşması prosesində beynəlxalq maliyyə institutlarından ibarət səhmdarlar komandasını "Dentons" hüquq şirkəti təmsil edib.
"Marja" Şirkətin saytında yer alan məlumata istinadən xəbər verir ki, kreditorlardan ibarət komandaya Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, "responAbility Investments AG" və digər iri beynəlxalq maliyyə institutları daxil idi.
"Azərbaycanın ən iri kommersiya banklarından biri olan "AccessBank"ın uğurlu şəkilkdə kapitallaşmasına dair əqd həcminə görə ölkənin maliyyə sektorunda ikinci ən iri kapitallaşma və restrukturizasiya prosesidir. Azərbaycan və Böyük Britaniya qanunvericiliyi çərçivəsində "Dentons" kreditorlar komitəsinə konsaltinq xidmətləri göstərib. Vəkillər qrupu bankın menecmenti və onun səhmdarları ilə danışıqlar apardıqdan sonra innovativ restrukturizasiya və kapitallaşma planı hazırlayıb, o cümlədən Maliyyə Bazarlarına Nəzarət Palatasının müvafiq razılığını əldə edib. Həmçinin, komandamız bu çətin əqdin bütün aspektlərini hazırlayıb və razılaşdırıb", - deyə məlumatda vurğulanır.
"Dentons"un Moskvada üzrə partnyoru Timoti Stabbs qeyd edib ki, sözügedən əqd bir daha şirkətin komandasının peşəkarlığını və qabiliyyətini üzə çıxardı: "Bu qədər qısa müddət ərzində belə bir çətin işin öhdəsindən gəlmək həqiqətən də əsl peşəkar komanda işi tələb edirdi".
Qeyd edək ki, "Dentons" dünyanın ən iri hüquq şirkətidir. On mindən artıq vəkili olan şirkət 78 ölkədə fəaliyyət göstərir.
Xatırladaq ki, martın 14-də "AccessBank" kapitalın artırılması prosesinin başa çatdırıldığını elan edib. Belə ki, bankın nizamnamə kapitalı 118,5 mln. manat artaraq 258 mln. manata çatdırılıb. Bankın İdarə Heyətinin sədri Anar Həsənovun sözlərinə görə, ikinci dərəcəli kapital subsidiyalaşdırılmış borc alətlərinin köməyi ilə əlavə olaraq 22 mln. manat artırılacaq, daha 22 mln. manat isə zərurət yarandıqda gələcəkdə istifadə ediləcək "şərti kapital”a yönəldiləcək.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Bankın səhmdarlarının yeni tərkibi bu cürdür: Asiya İnkişaf Bankı (19,89%), Avropa İnvestisiya Bankı (17,39%), Beynəlxalq Maliyyə Korporasiyası (16,56%), "responsAbility SICAV (Lux)" (2,91%), responsAbility Management Company S.A. (7,11%), Hollandiya İnkişaf Bankı (9,41%), Avstriya İnkişaf Bankı (9,17%), SIFEM AG (8,89%), EFSE (2,78%), "Symbiotics SICAV" (2,27%), GGF (1,77%), "LFS Advisory GMBH" (1,27%) və Qara Dəniz Ticarət və İnkişaf Bankı (0,58%).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
11 d. əvvəl
Aşağı büdcəli aviaşirkət Daşkənddən Bakı və Gəncəyə uçuşlara başlayıb
-
- 14 d. əvvəl
-
23 d. əvvəl
İlham Əliyev “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edib
-
26 d. əvvəl
ABŞ Dövlət katibinin iqtisadi məsələləri üzrə köməkçisi Azərbaycanda səfərdədir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
Mülki Aviasiya İşçilərinə ÖZƏL KREDİT TƏKLİFİ
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Neft 2 faizdən çox bahalaşıb
Ən çox oxunanlar
Qlobal bazarlar Trampın qərarını gözləyir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 12 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir




















.jpg)





