Çikaqoda ilk İllinoys-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib
3-5 aprel 2019-cu il tarix tarixlərində ABŞ-ın aparıcı maliyyə və ticarət mərkəzlərindən biri olan Çikaqo şəhərində ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) və İllinoys Ticarət Palatasının birgə təşkilatçılığı ilə ilk İllinoys-Azərbaycan Kənd təsərrüfatı Forumu keçirilib.
Forumda Azərbaycanın Kənd Təsərrüfatı Naziri başda olmaqla, Azərbaycanın ABŞ-dakı səfirliyi, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID), İllinoys ştatının Kənd Təsərrüfatı Departamenti və ABŞ və Azərbaycanın qabaqcıl şirkətlərin nümayəndələri iştirak edib. Tədbirdə həmçinin Kapital Bank-ın bankın Baş Korporativ Satış inzibatçısı Fərid Hidayətzadə və İdarə Heyəti sədrinin Beynəlxalq Əlaqələr üzrə müşaviri Vüqar Sadiq qatılıb.
Forumun əsas məqsədi kənd təsərrüfatı sahəsində tərəflər arası əməkdaşlığın qurulması, Azərbaycanın və ABŞ-ın aparıcı ştatlarından biri olan İllinoyis ştatının kənd təsərrüfatı müəssisələrinin nümayəndələrini bir araya gətirmək, məhsuldarlığın artırılması üsulları, Amerika istehsalı texnologiyaları və həmçinin kənd təsərrüfatının müxtəlif sahələrində istifadə olunan yeni metodlar ilə tanış etməkdir.
“İlk İllinoys-Azərbaycan Kənd Təsərrüfatı Forumu ABŞ-Azərbaycan Ticarət Palatasının proqramı çərçivəsində keçirilib və ABŞ ştatları ilə Azərbaycan arasında ticarət-biznes münasibətlərinin genişləndirilməsi üçün mühüm bir tədbirdir. Kapital Bank sahibkarlığın və xüsusilə də kənd təsərrüfatının inkişafına və maliyyələşməsinə hər zaman dəstək olub. Xarici həmkarların təcrübəsi ilə tanış olmaq Azərbaycanda kənd təsərrüfatı sahəsinin inkişafı üçün yeni addımların atılmasına imkan yaradacaq”, - deyə, Kapital Bank-ın Baş Korporativ Satış inzibatçısı Fərid Hidayətzadə bildirib.
Proqram çərçivəsində həmçinin Azərbaycan şirkətlərinin nümayəndələri tərəfindən İllinoys ştatının aparıcı istehsalat müəssisələrinin, fermer təsərrüfatlarının və elmi-tədqiqat mərkəzlərinin, eləcə də gübrə və protein istehsalı sahələrinin ziyarəti keçirilib.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
51 d. əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
1-ci rübdə 6,6 milyon ton neft, 12,6 milyard kubmetr təbii qaz hasil edilib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Bank sektorunda təmərküzləşmə azalıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
Ən çox oxunanlar
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol
"Azərbaycan Sənaye Bankı"nın xalis mənfəəti cüzi azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
“Azerconnect Group”un baş direktoru Emil Məsimov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
ABB mənfəətində yüksək artım açıqladı – BANKIN 1-Cİ RÜB ÜZRƏ MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU











.jpg)







