Azərbaycan - Türkiyə traktor istehsalı zavodu işə düşdü
“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi tərəfindən Türkiyənin Kırıkkale bölgəsində inşa edilən “Belarus” markalı traktor istehsalı zavodunun açılış mərasimi olub.
"Marja" xəbər verir ki, zavod Azərbaycan-Türkiyə İstehsalat Birliyi (ATÜB) tərəfindən idarə olunacaq
Zavodun açılış mərasimində “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Xanlar Fətiyev, “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin direktoru Kamran Nəzərov, Azərbaycan Respublikasının Ankaradakı səfiri Xəzər İbrahim, ATÜB-ün direktoru Murad İsmayılov, Gəncə şəhər Nizami rayon bələdiyyəsinin sədri Amin Aliyev, Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bəkir Pakdemirli, Türkiyə Böyük Millət Məclisinin üzvü Ramazan Can, Belarusun Baş nazirinin müavini İqor Lyaşenko, bu ölkənin sənaye naziri Pavel Utupin, sənaye nazirinin müavini Dmitriy Korçik, Belarusun Türkiyədəki səfiri Aleksandr Savinih, “BelAZ” Avtomobil zavodunun baş direktoru Pyotr Parxomçik, “Amkodor” şirkətinin baş direktoru Valeri İvankoviç, “Minsk Traktor Zavodu” ASC-nin baş direktoru Fyodor Domatenko və digər rəsmi şəxslər iştirak ediblər.
Məlumat verilib ki, layihə üçün güzəştli şərtlərlə torpaq sahəsi ayrılıb. Türkiyə tərəfi zavodun fəaliyyəti və inkişafı üçün bir sıra imtiyazlar müəyyən edib. Layihənin sərmayə dəyəri 17 milyon ABŞ dollar təşkil edir. Bu vaxta qədər görülən işlərə ümumilikdə 5 milyon dollar vəsait sərf olunub. Gələcəkdə zavodda azərbaycanlı mütəxəssislərin də işləməsi nəzərdə tutulub.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bəkir Pakdemirli və Belarusun Baş nazirinin müavini İqor Lyaşenko KİV nümayəndələri qarşısında çıxış edərək zavodun istifadəyə verilməsini tarixi hadisə kimi dəyərləndiriblər. Qeyd olunub ki, bu müəssisənin qurulması Azərbaycan, Türkiyə və Belarus arasında ikitərəfli və üçtərəfli əməkdaşlığın xoş təcəssümüdür. Böyük perspektivi olan bu müəssisənin tikintisi Azərbaycan-Türkiyə-Belarus üçtərəfli əməkdaşlığı üçün daha ciddi zəmin yaradıb. Əminliklə ifadə olunub ki, istifadəyə verilən zavod rentabelli fəaliyyəti ilə özünü doğruldacaq.
Zavodla tanışlıqdan sonra burada yığılan ilk traktorların sınaq hərəkəti keçirilib.
“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Xanlar Fətiyev iştirakçılara məlumat verib ki, 2006-cı ilin oktyabrında Prezident İlham Əliyevin Belarus Respublikasına səfəri zamanı bağlanmış ikitərəfli müqavilə çərçivəsində “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi ilə Minsk Traktor Zavodu və Minsk Avtomobil Zavodu arasında birgə əməkdaşlığa başlanılıb. Müqaviləyə əsasən Gəncə Avtomobil Zavodunda yeni yığım xətləri quraşdırılıb və 2007-ci ilin martın 27-də ilk “Belarus 80.1” model traktoru konveyerdən çıxıb.
Bununla yanaşı, 2007-ci ildən Gəncə Avtomobil Zavodunda 3000-ə yaxın “MAZ” avtomobili istehsal olunub. 2013-cü ildə “Minsk təkərli dartıcılar” zavodu ilə bağlanmış ikitərəfli müqaviləyə əsasən 2014-cü ildən dartıcı avadanlıqların istehsalına başlanılıb. İkitərəfli əməkdaşlıq çərçivəsində Gəncə Avtomobil Zavodunda “MAZ” avtomobillərinin və traktorların yığımı hazırda da davam etdirilir.
Qeyd edək ki, aprelin 16-da Ankara şəhərində Türkiyə-Belarus Biznes Forumu təşkil olunacaq. Forumda çərçivəsində gələcəkdə istehsal olunacaq 1221.4 və 1523 modelli “Belarus” traktorlarının təqdimatı da olacaq. Azərbaycan nümayəndə heyəti təqdimatda iştirak edəcək.
“Belarus” traktor zavoduna materiallar Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınacaq
Türkiyədə açılışı olan “Belarus” traktor zavoduna materiallar Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınacaq. Daşımaların dəmir yolu xətti ilə həyata keçirilməsi bütün göstəricilər üzrə sərfəlidir.
Bu fikirləri “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi tərəfindən Türkiyənin Kırıkkale bölgəsində inşa edilən “Belarus” markalı traktor istehsal zavodunun açılış mərasimində iştirak edən Belarusun Baş nazirinin müavini İqor Lyaşenko deyib.
Baş nazirin müavini diqqətə çatdırıb ki, Azərbaycan-Türkiyə İstehsalat Birliyi (ATÜB) tərəfindən idarə olunan bu zavodun tikintisi Azərbaycan-Türkiyə-Belarus üçtərəfli səmərəli əməkdaşlığı üçün daha ciddi zəmin yaradıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
1 gün əvvəl
Leysan yağışları evlərə ciddi zərər vurub. Əhali necə tədbir almalı idi?
- 1 gün əvvəl
-
- 2 gün əvvəl
-
2 gün əvvəl
Sinqapur qızıl ticarətində regional mərkəz olmağı hədəfləyir
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Google süni intellekt əsaslı “Search Live” funksiyasını qlobal miqyasda istifadəyə verdi
-
2 gün əvvəl
Tramp İranın enerji obyektlərinə hücumları 10 gün müddətinə dayandırdı
-
3 gün əvvəl
Rystad Energy: Qlobal neft hasilatı pandemiya səviyyəsindən də aşağı düşüb
-
3 gün əvvəl
VTB Bankın rəhbəri Rusiya Mərkəzi Bankın faiz dərəcəsinin tədricən azalacağını proqnozlaşdırır
-
3 gün əvvəl
İranda yaşı 12-dən yuxarı olan könüllülər üçün səfərbərlik çağırışı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Martın 29-da gözlənilən hava şəraiti
Bayramovla Mirzoyan arasında telefon danışığı aparılıb
Martın 28-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
VTB Bankın rəhbəri Rusiya Mərkəzi Bankın faiz dərəcəsinin tədricən azalacağını proqnozlaşdırır
İranda yaşı 12-dən yuxarı olan könüllülər üçün səfərbərlik çağırışı
“Qlobal ticarət son 80 ilin ən ciddi böhranı ilə üz-üzədir”
KİV: İran ABŞ-ın 15 maddəlik razılaşma təklifinə cavabı rəsmi şəkildə qarşı tərəfə göndərib
Neft qiymətləri yüksəlir - BU GÜN 4%-DƏN ÇOX BAHALAŞDI
ABŞ və İsraillə müharibə aparan İranın neft gəlirləri artıb
Tramp: İran gec olmadan ABŞ-ın təklifinə ciddi yanaşmalıdır























